Türkiyənin Bakıdakı diplomatları Vətən müharibəsi şəhidlərinin xatirəsini anıb (FOTO)04 Dekabr 2020, 12:45 (GMT +4) Bakı, 4 dekabr, SalamNews. Türkiyənin Azərbaycandakı səfirliyində çalışan diplomatlar Vətən müharibəsi şəhidlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad edib.
SalamNews xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində paylaşım edilib.
“Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin əziz xatirəsinin yad edilməsi məqsədilə bu gün səfirliyimizdə anım mərasimi keçirilib”, - paylaşımda qeyd olunub.
|