İranlı alimə qarşı terrordan sonra İsrail yerli nüvə alimlərinə xəbərdarlıq edib04 Dekabr 2020, 12:26 (GMT +4) Bakı, 4 dekabr, SalamNews, B.Samid. “İranlı nüvə alimi Möhsün Fəxrizadənin terrora məruz qalmasından sonra İsrail yerli nüvə alimlərinə mümkün hücumlarla bağlı xəbərdarlıq edib.
SalamNews İsrailin Teleradio Yayım Şurasının saytına istinadla xəbər verir ki, təhlükəsizlik qurumları yerli nüvə alimlərini ehtiyatlı olmağa çağırıblar.
Məlumata görə xəbərdarlıq əsasən İsrailin "Dimone" nüvə təsisatında çalışan alimlərə və işçilərə ünvanlanıb. İsrail qurumları bu nüvə təsisatının işçilərini təhlükəsizliklə bağlı protokollardan kənara çıxmamağa çağırıblar.
Eyni zamanda İsrail mənbələri bütün xarici ölkələrdə olan diplomatik nümayəndəliklərini, xüsusilədə son dönəmlərdə rəsmi əlaqələrin formalaşdığı Bəhreyn və BƏƏ kimi ölkələrdə israilli turistləri ehtiyatlı olmağa çağırıblar.
Qeyd edək ki, İran rəsmilər Möhsün Fəxrizadənin həyatını itirməsi ilə nəticələnən terrorun arxasında ABŞ və İsrailin durduğunu bildirirlər.
|