ABŞ Müdafiə büdcə layihəsi S-400-ə görə Türkiyəyə qarşı sanksiyalar təklif edir04 Dekabr 2020, 10:28 (GMT +4) Bakı, 4 dekabr, SalamNews. ABŞ müdafiə büdcəsi layihəsi, Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini alması ilə bağlı Türkiyəyə qarşı sanksiyalar təklif edir.
SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə sənəddə deyilir.
"Bu qanunun qüvvəyə mindiyi gündən 30 gündən gec olmayaraq, prezident Türkiyəyə qarşı beş və ya daha çox sanksiya tətbiq etməlidir", qanun layihəsində deyilir.
Sanksiyalar S-400-ün alınmasında iştirak edən türk rəsmilərə qarşı yönəldilməlidir.
|