Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezidentin BMT Baş Assambleyasının xüsusi sessiyasındakı çıxışının tam mətni

04 Dekabr 2020, 10:15 (GMT +4)

Bakı, 4 dekabr, SalamNews. Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib.

SalamNews-un xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada çıxış edib.

Dövlət başçısının çıxışını təqdim edirik.

- Hörmətli cənab Sədr.

Hörmətli cənab Baş katib.

Hörmətli dövlət və hökumət başçıları.

BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasının təşkilində göstərdikləri səylərinə görə BMT-nin Baş katibi cənab Antonio Quterreşə və BMT Baş Assambleyasının Sədri cənab Volkan Bozkıra öz minnətdarlığımı ifadə edirəm.

Xüsusi sessiyanın təşkil olunması təşəbbüsünü dəstəkləyən bütün üzv dövlətlərə də təşəkkürümü bildirirəm.

Bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var.

Milli və beynəlxalq səviyyədə məsuliyyət nümayiş etdirən Azərbaycan Qoşulmama Hərəkatının Sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı olmuşdur. Mən Zirvə görüşü çərçivəsində BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsini təklif etmişdim. Qoşulmama Hərəkatının bütün 120 üzvü həmin təklifi dəstəkləmişdir. Bu, onların “Bandunq Prinsipləri”, Hərəkatın dəyərləri, multilateralizm və beynəlxalq həmrəyliyə sadiqliyini bir daha vurğulamış oldu. Ümumilikdə, BMT-nin 150-dən artıq üzv dövləti həmin təşəbbüsü dəstəkləmişdir.

Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirmişdir. COVID-19 ilə bağlı yaranmış vəziyyətə müvafiq olaraq tərəfimizdən adekvat addımlar atılmışdır.

Bu gün ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur. Pandemiya başladığı zaman bizim 6 funksional laboratoriyamız var idi. Hazırda fəaliyyətdə olan laboratoriyalarımızın sayı 40-dan artıqdır.

Pandemiyanın mənfi təsirinin qarşısının alınması məqsədilə hökumət tərəfindən 2.5 milyard ABŞ dolları həcmində iqtisadi-sosial yardım və maliyyə dəstəyi paketi təqdim edilmişdir. Sosial yardım tədbirləri 5 milyon insanı əhatə edir ki, bu da ölkə əhalisinin yarısı deməkdir. Koronavirusla mübarizə heç bir xarici maliyyə dəstəyi olmadan, yalnız daxili mənbələr hesabına maliyyələşdirilmişdir.

Hazırda dünya pandemiyanın növbəti dalğası ilə üzləşib.

Pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır. Biz pandemiyanın ilk vaxtlarında dəyərli tövsiyələrinə və öz mütəxəssislərini ölkəmizə ezam etdiyinə görə təşkilata minnətdarıq. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırmışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatına toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi etmişik. Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.

Cənab Sədr, Azərbaycan pandemiya dövründə qlobal atəşkəslə bağlı BMT Baş katibinin təşəbbüsünü dəstəkləmişdir. Lakin həmin çağırış 30 ildən artıq Azərbaycan torpaqlarını işğal altında saxlayan və BMT Təhlükəsizlik Şurasının işğal olunmuş bütün ərazilərimizdən qoşunlarının çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymayan Ermənistan tərəfindən eşidilməmişdir.

Son iki il ərzində Ermənistan danışıqlar prosesini məqsədyönlü şəkildə məhv etmişdir. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” kimi bir sıra təxribatçı bəyanatları ilə danışıqlara son qoymuşdur. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibə”yə çağırış etmişdir.

Cari ilin iyul ayında Ermənistan regionda yeni gərginlik mənbəyi yaratmaq, yeni əraziləri işğal etmək və Azərbaycanın strateji enerji infrastruktur layihələrinə zərbə vurmaq məqsədilə dövlət sərhədində hərbi təxribat törətmişdir.

Daha sonra, avqust ayında Ermənistanın diversiya qrupu təmas xəttini keçməyə cəhd etmişdir.

Sentyabrın 24-də BMT Baş Assambleyasının ümumi müzakirələri çərçivəsində çıxışım zamanı mən Ermənistanın yeni müharibəyə hazırlaşması ilə bağlı xəbərdarlıq etmişdim.

Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi təxribata başlamışdır. Azərbaycanın döyüş bölgəsinə yaxın ərazilərdə yerləşən Tərtər və digər şəhərləri 44 gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə məruz qalmışdır. Ermənistan döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən və digər şəhərlərə qarşı ballistik raketlərdən istifadə etmişdir. Ermənistan azərbaycanlı mülki əhali arasında böyük sayda insan itkisinə səbəb olmaq və onları didərgin salmaq məqsədilə ağır artilleriya, ballistik raketlər, ağ fosfor və kasetli sursatlardan istifadə etmişdir. Nəticədə 11 nəfəri uşaq olmaqla, 94 mülki şəxs qətlə yetirilmiş, 400-dən artıq insan yaralanmışdır.

Azərbaycan Ordusu bunun layiqli cavabını vermiş, ölkə vətəndaşlarını və ərazisini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı başlamış və işğal olunmuş ərazilərin böyük bir hissəsini azad etmişdir. Hərbi əməliyyatlar zamanı qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur etmişdir. Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması nəticəsində Azərbaycanın işğal altında olan digər əraziləri də azad edilmişdir.

O vaxtdan etibarən, təqribən bir aydır ki, atəşkəsə əməl olunur. Atəşkəsə Nəzarət üzrə Birgə Monitorinq Mərkəzi vasitəsilə Türkiyə və Rusiya atəşkəsin təmin edilməsi işində vacib rol oynayır.

Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilmişdir. Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Nəticədə təcavüzkar dövlət sülhə məcbur edilmişdir.

Bu, Ermənistanın destruktiv yanaşmasının yeganə nümunəsi olmamışdır. Ermənistan BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyanın keçirilməsi təşəbbüsünün əleyhinə çıxış etmişdir. Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışmışdır. Ermənistanın bu təşəbbüsə etiraz etməsinin yeganə səbəbi onun Azərbaycan tərəfindən irəli sürülməsi olmuşdur.

İnanıram ki, xüsusi sessiya pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini verəcək və bizi ümumi hədəflər ətrafında daha da sıx birləşdirəcəkdir. Sağ olun.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İlham Əliyev: XX əsrdə belə barbarlıq, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib

İlham Əliyev Türk Şurasının Baş katibini videoformatda qəbul edib (YENİLƏNİB)

Prezident İlham Əliyev Şuşa icra hakimiyyətinin binası ilə tanış olub

İlham Əliyev: Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cıdır düzündə olublar (FOTO)

Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını qaldırıb

Prezident İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşa şəhərində səfərdə olub

Mehriban Əliyeva Prezident İlham Əliyevlə Şuşaya səfəri zamanı Füzulidən paylaşım edib (VİDEO)

Prezident İlham Əliyev Şuşaya yola düşüb (VİDEO)

Prezident İlham Əliyevin Rusiyaya səfəri başlayıb

Prezident İlham Əliyev Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətinə münasibət bildirib

Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda müşavirə keçirilib

İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Prezident İlham Əliyev Anar Kərimovu videoformatda qəbul edib

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik ediblər

İlham Əliyev: 2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaq

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarını Həmrəylik Günü münasibəti ilə təbrik edib

Mixail Qusman Prezident İlham Əliyevi təbrik edib

Rusiyanın “Vedomosti” nəşri Prezident İlham Əliyevi “İlin siyasətçisi” elan edib

Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib

20 Yanvar 2021, 10:51 (GMT +4)
Conson: İngiltərə demokratiyanı qorumaq üçün Bayden rəhbərliyi ilə işləməyə hazırdır

20 Yanvar 2021, 10:45 (GMT +4)
Hikmət Hacıyev: Şəhidlərimizin ruhu şaddır

20 Yanvar 2021, 10:34 (GMT +4)
ÜST son həftə ərzində koronavirusdan rekord sayda ölüm hadisəsinin qeydə alındığını açıqlayıb  

20 Yanvar 2021, 10:30 (GMT +4)
Türkiyə səfirliyi: Hər zaman olduğu kimi Ümumxalq Hüzn Günündə də Azərbaycanın yanındayıq

20 Yanvar 2021, 10:27 (GMT +4)
ABŞ-da xarici işlər naziri olacaq siyasətçi Qüdslə bağlı açıqlama verib

20 Yanvar 2021, 10:15 (GMT +4)
İnterAz-ın efirində “Arena” layihəsi yenidən başlayır

20 Yanvar 2021, 10:00 (GMT +4)
Məktəbdaxili qiymətləndirmə zamanı qiymətlərin necə müəyyənləşəcəyi açıqlanıb

20 Yanvar 2021, 09:47 (GMT +4)
Merkel Almaniyada karantinin 14 fevrala qədər uzadıldığını açıqlayıb

20 Yanvar 2021, 09:45 (GMT +4)
ANAMA: Ermənilərin ərazilərimizdə basdırdıqları minalar zərərsizləşdirilib

20 Yanvar 2021, 09:37 (GMT +4)
İran Silahlı Qüvvələri son 20 gündə beşinci hərbi təlimini keçirir

20 Yanvar 2021, 09:30 (GMT +4)
Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım edib

20 Yanvar 2021, 09:21 (GMT +4)
Trampın Ağ Evi saat neçədə tərk edəcəyi məlum olub

20 Yanvar 2021, 09:16 (GMT +4)
İsrail Qəzzanı artileriyadan hədəfə alıb, yaralananlar var

20 Yanvar 2021, 09:00 (GMT +4)
XİN 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıb

19 Yanvar 2021, 23:50 (GMT +4)
Bu gün 20 Yanvar faciəsinin 31-ci il dönümüdür

19 Yanvar 2021, 18:00 (GMT +4)
Azərbaycan və İran Araz çayı üzərində SES-lərin tikintisinə dair razılığa gəlib

19 Yanvar 2021, 17:57 (GMT +4)
Ərdoğan: Türkiyə bölgədə balanslaşdırıcı amillərdən biridir

19 Yanvar 2021, 17:50 (GMT +4)
Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək

19 Yanvar 2021, 17:40 (GMT +4)
Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib

19 Yanvar 2021, 17:30 (GMT +4)
Gömrük xidməti bəzi plastik əşyaların idxalını qadağan edib

19 Yanvar 2021, 17:20 (GMT +4)
2778 şəhidin 6790 ailə üzvünə pensiya, müavinət və təqaüd təyinatı aparılıb

19 Yanvar 2021, 17:20 (GMT +4)
Peskov bəyan edib ki, Navalnı ilə bağlı vəziyyət Putinin xüsusi diqqətini tələb etmir

19 Yanvar 2021, 17:10 (GMT +4)
Ötən il Mətbuat Şurasına daxil olan şikayətlərin sayı açıqlanıb

19 Yanvar 2021, 17:00 (GMT +4)
Şuşanın 2022-ci ildə Türk dünyasının mədəni paytaxtı elan edilməsi təklif olunub

19 Yanvar 2021, 16:56 (GMT +4)
İraqda Parlament seçkilərinin vaxtı təxirə salınıb

19 Yanvar 2021, 16:50 (GMT +4)
MN: Təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir (VİDEO)

19 Yanvar 2021, 16:45 (GMT +4)
Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib

19 Yanvar 2021, 16:40 (GMT +4)
Dünyada koronavirusa yoluxanların sayı 96 milyonu keçib

19 Yanvar 2021, 16:40 (GMT +4)
20 Yanvarda şəhid olan polislərin ailə üzvləri ilə görüş keçirilib

19 Yanvar 2021, 16:40 (GMT +4)
İlham Əliyev: XX əsrdə belə barbarlıq, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66