ABŞ İranın daha bir şirkətinə sanksiya tətbiq edib04 Dekabr 2020, 09:40 (GMT +4) Bakı, 4 dekabr, SalamNews, B.Samid. ABŞ İranın “Şəhid Meysəmi” adlı şirkətini kimyəvi silahların istehsalında ittihamlandıraraq, sanksiya tətbiq edib.
SalamNews BBC-ə istinadla xəbər verir ki, Donald Tramp Administrasiyası səlahiyyət müddətinin bitməsinə bir neçə həftə qalmış yenidən İrana qarşı sanksiya tətbiq eidb.
Bu dəfə İranın “Şəhid Meysəmi” adlı şirkəti və onun rəhbəri Mehran Bəbri sanksiyaya məruz qalıblar.
ABŞ Dövlət Xəzinədarlıq Departamentinin iddiasına görə, "bu şirkət kimyəvi maddələrin istehsalı və kimyəvi silahların ərsəyə gətirilməsində rolu var."
BBC bildirib ki, ABŞ-ın bu ittihamları elə bir halda irəli sürülür ki, İran-İraq müharibəsində, birinci, kimyəvi hücumlara məruz qalan tərəf olub.
Məlumata görə ABŞ hökuməti 2018-ci ildə nüvə sazişindən çıxandan sonra İrana qarşı azı 120 sanksiya tətbiq edib.
|