Fransa Milli Assambleyası qondarma "DQR"nin tanınmasına dair qətnaməni qəbul edib 04 Dekabr 2020, 09:40 (GMT +4) Bakı, 4 dekabr, SalamNews. Fransa Milli Assambleyası hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran qətnaməni qəbul edib.
SalamNews xəbər verir ki, bundan əvvəl mübahisəli sənəd Fransa Senatı tərəfindən qəbul edilib.
188 deputat sənədin lehinə, üçü əleyhinə səs verib, 16 nəfər bitərəf qalıb.
Qətnamədə "Dağlıq Qarabağ probleminin yekun həllinin və bölgədəki mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsinin" vacibliyi qeyd olunur.
|