Dünyada COVID-19-dan ölənlərin sayı 1,5 milyonu keçib04 Dekabr 2020, 09:16 (GMT +4) Bakı, 4 dekabr, SalamNews. Dünyada COVID-19-dan ölənlərin sayı 1,5 milyonu keçib.
SalamNews -un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə mətbuat və digər mənbələrin məlumatlarını ümumiləşdirən Con Hopkins Universiteti məlumat verir.
3 dekabr tarixinə olan məlumata görə dünyada koronavirusa yoluxan 1.501.076 nəfər ölüb.
Dünyada yoluxanların ümumi sayı 65 milyona yaxınlaşır.
|