Türkiyə prezidenti İranın nüvə aliminə qarşı terroru pisləyib04 Dekabr 2020, 09:19 (GMT +4) Bakı, 4 dekabr, SalamNews, B.Samid. Türkiyə prezidenti İranın nüvə alimi Möhsün Fəxrizadəyə qarşı terroru pisləyib və bu addımın bölgədə sabitliyə zərbə olduğunu bildirib.
SalamNews Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bunu İran prezidenti Həsən Ruhani ilə ötən gün telefon bağlantısında olan zaman deyib.
Rəcəb Təyyib Ərdoğan bildirib ki, İranın nüvə alimi Fəxrizadəyə qarşı terror bölgədə sülhü və sabitliyi hədəfə alır. O bildirib ki, “bölgədə sülhə və sabitliyə zərbə vuran təcavüzkar tərəflərin arzuları baş tutmayacaq.”
Qeyd edək ki, İranın Müdafiə Nazirliyinin Tədqiqatlar və İnnovasiyalar Təşkilatının sədri, nüvə alimi Möhsün Fəxrizadə ötən həftə Dəmavənd rayonunda terrora məruz qalaraq, həyatını itirib. Bu terroru heç bir dövlət öhdəsinə götürməyib. İran bu terrorun arxasında İsrail və ABŞ-ın durduğunu və terrora görə intiqam alacağını bəyan edib.
|