Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident Zəfər Günü ilə bağlı yeni sərəncam imzalayıb

03 Dekabr 2020, 14:59 (GMT +4)

Bakı, 3 dekabr, SalamNewsPrezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

SalamNews xəbər verir ki, sərəncamda deyilir:

"XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.

Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.

2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir.

Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdə qanunsuz mövcudluğu regionda sülh və təhlükəsizlik üçün əsas təhdiddir və hər zaman vəziyyətin gərginləşməsinə səbəb ola bilər.

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.

Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə qərara alıram:

1. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Dövlət başçısının digər sərəncamı “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli 2312 nömrəli sərəncamı ləğv edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

16 Yanvar 2021, 17:00 (GMT +4)
COVİD-19 əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli qruplar açıqlanıb

16 Yanvar 2021, 16:50 (GMT +4)
Zaqatala sakini narkotik vasitə ilə saxlanılıb

16 Yanvar 2021, 16:45 (GMT +4)
Braziliyada koronavirusun yeni növünə ikinci dəfə yoluxma qeydə alınıb

16 Yanvar 2021, 16:30 (GMT +4)
Azərbaycan buğda idxalını 14 % azaldıb

16 Yanvar 2021, 16:27 (GMT +4)
ABŞ-ın səhiyyə naziri Vaşinqtondakı iğtişaşlar səbəbilə istefa verib

16 Yanvar 2021, 16:20 (GMT +4)
Sosial-psixoloji reabilitasiyaya cəlb olunan qazilərlə görüş olub (FOTO)

16 Yanvar 2021, 16:15 (GMT +4)
Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur

16 Yanvar 2021, 16:10 (GMT +4)
ANAMA: Şuşada xeyli sayda silah-sursat aşkarlanıb

16 Yanvar 2021, 16:00 (GMT +4)
Şahmar Möhsümov: Zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb

16 Yanvar 2021, 15:52 (GMT +4)
COVID-19-un "İngiltərə" növü ABŞ-da üstünlük təşkil edə bilər

16 Yanvar 2021, 15:45 (GMT +4)
Azərbaycanda keçmiş məhkumdan 36 kq narkotik götürülüb

16 Yanvar 2021, 15:30 (GMT +4)
Postlardan keçməyə cəhd göstərən 1 751 nəqliyyat vasitəsi geri qaytarılıb

16 Yanvar 2021, 15:24 (GMT +4)
Armin Laşet Almaniyada hakim Xristian demokratlar ittifaqının lideri seçilib

16 Yanvar 2021, 15:15 (GMT +4)
Azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq

16 Yanvar 2021, 15:00 (GMT +4)
65 yaşdan yuxarı şəxslərin peyvəndlənəcəyi tarix açıqlanıb

16 Yanvar 2021, 14:50 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr açıqlanıb

16 Yanvar 2021, 14:45 (GMT +4)
BMT TŞ Liviya üzrə yeni xüsusi nümayəndə təyin edib

16 Yanvar 2021, 14:37 (GMT +4)
“Azərbaycan və Türkiyə münasibətlərində gənclərin rolu” adlı tədbir keçirilib

16 Yanvar 2021, 14:32 (GMT +4)
“Azercell”in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib

16 Yanvar 2021, 14:30 (GMT +4)
Ukrayna Azərbaycanı koronavirusla əlaqədar təhlükəli ölkələr siyahısından çıxarıb

16 Yanvar 2021, 14:25 (GMT +4)
Trampın "Facebook" və "İnstagram" səhifələri bərpa edilib

16 Yanvar 2021, 14:15 (GMT +4)
Azərbaycan Ordusunun şəhid olan hərbçisi Saatlıda dəfn edilib

16 Yanvar 2021, 14:01 (GMT +4)
ABŞ İraq və Əfqanıstandakı əsgərlərinin sayını 2500-ə endirib

16 Yanvar 2021, 14:00 (GMT +4)
MN Füzuli rayonunun Mirzəcamallı kəndindən videogörüntülər yayımlayıb (VİDEO)

16 Yanvar 2021, 13:54 (GMT +4)
Reuters: Tramp Mərakeşin yüksək səviyyəli mükafatına layiq görülüb

16 Yanvar 2021, 13:50 (GMT +4)
Prezidentin köməkçisi: Azərbaycan ən təhlükəsiz və effektli vaksini əldə edib

16 Yanvar 2021, 13:40 (GMT +4)
MN Kəlbəcər rayonunun Hacıkənd kəndindən videogörüntülər yayıb (VİDEO)

16 Yanvar 2021, 13:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

16 Yanvar 2021, 13:24 (GMT +4)
İran Hind okeanındakı hədəfi 1800 km uzaqdan ballistik raketlə dəqiq vurduğunu bildirib (VİDEO)

16 Yanvar 2021, 13:15 (GMT +4)
Bakıya qar yağacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66