Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Əlilliyi olan şəxslərin biznesə başlamasına və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək göstərilir

03 Dekabr 2020, 16:10 (GMT +4)

Bakı, 3 dekabr, SalamNews. 3 dekabr – Beynəlxalq Əlilliyi olan şəxslər Günüdür. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və məşğulluğunun təmin olunmasında onların sahibkarlıq fəaliyyətinə və özünüməşğulluq proqramlarına cəlb olunması əhəmiyyətlidir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən əlilliyi olan şəxslər arasında sahibkarlıq fəaliyyəti təşviq edilir, onların biznesə başlamasına və sahibkarlıq fəaliyyətlərinin inkişafına müxtəlif dövlət dəstəyi mexanizmləri çərçivəsində dəstək göstərilir, biznesyönümlü təlim və məsləhət xidmətləri, əlaqələndirmə, məhsullarının tanıdılması və satışına dəstək olunur. 

SalamNews xəbər verir ki, əlilliyi olan şəxslər öz bizneslərini qurmaq və mövcud sahibkarlıq fəaliyyətlərini genişləndirmək üçün KOBİA-nın Bakı, Sumqayıt, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinin ödənişsiz təlim, məsləhət, şəbəkələşmə və digər xidmətlərindən istifadə edə bilərlər. İndiyədək 50-yə yaxın əlilliyi olan şəxs KOBİA-nın biznesə başlamaq və sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün təlim və məsləhət xidmətlərindən yararlanıb.

Agentliyin “KOB Dostu” şəbəkəsi və KOB inkişaf mərkəzləri əlilliyi olan şəxslərin biznesə başlaması üçün zəruri mal və avadanlıqlarla təmin olunmaları məqsədilə onları özünüməşğulluq proqramları ilə də əlaqələndirir, bu istiqamətdə müvafiq dəstək göstərir.

Agentlik əlilliyi olan şəxslərin məhsullarının tanıdılmasına və satışına da dəstək olur. İndiyədək KOBİA 70-ə yaxın əlilliyi olan şəxsin 10-dan çox sərgi, yarmarka və festivalda ödənişsiz iştirakını təmin etməklə, onların məhsullarının tanıdılmasına və satışına, işgüzar əlaqələr qurmasına dəstək göstərib. 2019-cu ildə isə Beynəlxalq Əlillər Günü ərəfəsində KOBİA tərəfindən 20-yə yaxın əlilliyi olan şəxsin əl işlərindən ibarət satış sərgisi təşkil olunub. Ümumilikdə KOBİA-nın təşkilatçılığı və dəstəyi ilə əlilliyi olan şəxslərin iştirakı ilə 20-yə yaxın təlim, sərgi, konfrans və s. tədbirlər təşkil olunub, 100-dən çox əlilliyi olan şəxs biznesə başlamaq və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün Agentliyin dəstək və xidmətlərindən faydalanıb. Eyni zamanda KOBİA yanında İctimai Şurada təmsil olunan 15 təşkilatdan biri də “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyidir və indiyədək birgə əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər və layihələr həyata keçirilibdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KOBİA: Ötən il 10 yeni KOB subyekti yaradılıb

KOBİA Qarabağda biznes qurmaq istəyənlərə müraciət edib

KOBİA Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyası ilə regionlarda layihələr həyata keçirəcək

KOBİA: Ermənistanın təxribatı nəticəsində 160 sahibkara ziyan dəyib

KOBİA sahibkarlara müraciət edib

KOBİA özünüməşğulluq proqramına cəlb edilənlərə dəstək verir

Dünyanın tanınmış layihəsi KOBİA-nın dəstəyi ilə həyata keçiriləcək

KOBİA sahibkarları sənaye parklarında və məhəllələrində işləməyə çağırıb

QHT-lərə Dövlət Dəstəyi Şurası və KOBİA qalib QHT-lərlə onlayn görüş keçirib (FOTO)

KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir

Nazirlik: 300-dək vətəndaş KOBİA-nın dəstəyindən istifadə edib

KOBİA: Yeni güzəştli kreditləşdirmə mexanizmləri KOB-ların maliyyələşdirilməsi üçün əlavə imkanlar yaradır

KOBİA: Üç yeni biznes assosiasiyası yaradılıb

KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb

KOBİA sahibkarlara müraciət edib

KOBİA onlayn maarifləndirmə tədbirlərinə başlayıb

KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb

KOBİA-ya mart-aprel aylarında 1 300-dən çox müraciət daxil olub

KOBİA qanvermə aksiyasına qoşulub

KOBİA “Könüllünün öz/əl kitabı”nı nəşr edib

16 Yanvar 2021, 17:00 (GMT +4)
COVİD-19 əleyhinə vaksinasiya ilə əhatə olunacaq yüksək riskli qruplar açıqlanıb

16 Yanvar 2021, 16:50 (GMT +4)
Zaqatala sakini narkotik vasitə ilə saxlanılıb

16 Yanvar 2021, 16:45 (GMT +4)
Braziliyada koronavirusun yeni növünə ikinci dəfə yoluxma qeydə alınıb

16 Yanvar 2021, 16:30 (GMT +4)
Azərbaycan buğda idxalını 14 % azaldıb

16 Yanvar 2021, 16:27 (GMT +4)
ABŞ-ın səhiyyə naziri Vaşinqtondakı iğtişaşlar səbəbilə istefa verib

16 Yanvar 2021, 16:20 (GMT +4)
Sosial-psixoloji reabilitasiyaya cəlb olunan qazilərlə görüş olub (FOTO)

16 Yanvar 2021, 16:15 (GMT +4)
Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur

16 Yanvar 2021, 16:10 (GMT +4)
ANAMA: Şuşada xeyli sayda silah-sursat aşkarlanıb

16 Yanvar 2021, 16:00 (GMT +4)
Şahmar Möhsümov: Zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb

16 Yanvar 2021, 15:52 (GMT +4)
COVID-19-un "İngiltərə" növü ABŞ-da üstünlük təşkil edə bilər

16 Yanvar 2021, 15:45 (GMT +4)
Azərbaycanda keçmiş məhkumdan 36 kq narkotik götürülüb

16 Yanvar 2021, 15:30 (GMT +4)
Postlardan keçməyə cəhd göstərən 1 751 nəqliyyat vasitəsi geri qaytarılıb

16 Yanvar 2021, 15:24 (GMT +4)
Armin Laşet Almaniyada hakim Xristian demokratlar ittifaqının lideri seçilib

16 Yanvar 2021, 15:15 (GMT +4)
Azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq

16 Yanvar 2021, 15:00 (GMT +4)
65 yaşdan yuxarı şəxslərin peyvəndlənəcəyi tarix açıqlanıb

16 Yanvar 2021, 14:50 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr açıqlanıb

16 Yanvar 2021, 14:45 (GMT +4)
BMT TŞ Liviya üzrə yeni xüsusi nümayəndə təyin edib

16 Yanvar 2021, 14:37 (GMT +4)
“Azərbaycan və Türkiyə münasibətlərində gənclərin rolu” adlı tədbir keçirilib

16 Yanvar 2021, 14:32 (GMT +4)
“Azercell”in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib

16 Yanvar 2021, 14:30 (GMT +4)
Ukrayna Azərbaycanı koronavirusla əlaqədar təhlükəli ölkələr siyahısından çıxarıb

16 Yanvar 2021, 14:25 (GMT +4)
Trampın "Facebook" və "İnstagram" səhifələri bərpa edilib

16 Yanvar 2021, 14:15 (GMT +4)
Azərbaycan Ordusunun şəhid olan hərbçisi Saatlıda dəfn edilib

16 Yanvar 2021, 14:01 (GMT +4)
ABŞ İraq və Əfqanıstandakı əsgərlərinin sayını 2500-ə endirib

16 Yanvar 2021, 14:00 (GMT +4)
MN Füzuli rayonunun Mirzəcamallı kəndindən videogörüntülər yayımlayıb (VİDEO)

16 Yanvar 2021, 13:54 (GMT +4)
Reuters: Tramp Mərakeşin yüksək səviyyəli mükafatına layiq görülüb

16 Yanvar 2021, 13:50 (GMT +4)
Prezidentin köməkçisi: Azərbaycan ən təhlükəsiz və effektli vaksini əldə edib

16 Yanvar 2021, 13:40 (GMT +4)
MN Kəlbəcər rayonunun Hacıkənd kəndindən videogörüntülər yayıb (VİDEO)

16 Yanvar 2021, 13:30 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

16 Yanvar 2021, 13:24 (GMT +4)
İran Hind okeanındakı hədəfi 1800 km uzaqdan ballistik raketlə dəqiq vurduğunu bildirib (VİDEO)

16 Yanvar 2021, 13:15 (GMT +4)
Bakıya qar yağacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66