PKK Sincar rayonunu tərk edib, İraq Ordusu bölgəyə daxil olub03 Dekabr 2020, 11:27 (GMT +4) Bakı, 3 dekabr, SalamNews, B.Samid. İraq Ordusu qüvvələri Nineva əyalətinin Sincaq rayonuna daxil olub.
SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, İraq hökumətilə Kürdüstan Muxtariyyətinin arasında əldə edilmiş razılaşmaya əsasən, çoxunu PKK üzvləri təşkil edən kürd bölmələri Sincarı tərk ediblər.
İraqın Ordusu və Federal Polis qüvvələri rayonu nəzarətə götürüblər.
Qeyd edək ki, sakinlərinin çoxusu yezidi kürdlər olan Nineva əyalətinin Sincar qəzası İŞİD-in bölgədən çıxarılmasından sonra əsasən PKK qüvvələrinin və digər kürd birləşmələrinin nəzarətinə keçmişdi.
|