Emanuel Makron beynəlxalq yardımların verilməsi üçün Livan qarşısında şərt qoyub03 Dekabr 2020, 10:35 (GMT +4) Bakı, 3 dekabr, SalamNews, B.Samid. Fransa prezidenti Emanuel Makron Livan dövləti qarşısında “siyasi və maliyyə islahatlarının həyata keçirilməsi”lə bağlı şərtlərini yenidən təkrarlayıb.
SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, Emanuel Makron ötən gün Livanın prezidenti Mişel Ounla videokonfrans formatında görüş əsnasında Livanın “vəd edilən şərtlər”ə əməl etmədiyini bildirib.
O, beynəlxalq yardımların verilməsi üçün Livanda hökumətin formalaşmasının və maliyyə sahəsində islahatların həyata keçirilməsinin şərt olduğunu deyib.
Qeyd edək ki, Beyrut partlayışından sonra Fransanın təşkilatçılığı ilə beynəlxalq donorlar Livana yardım ayırıblar. Fransa bu yardımın verilməsi üçün Livan qarşısında şərtlər irəli sürüb.
|