Səudiyyə koalisiyası Yəmən paytaxtının beynəlxalq hava limanına aviazərbələr endirib02 Dekabr 2020, 17:39 (GMT +4) Bakı, 2 dekabr, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiyanın hərbi təyyarələri bu gün Yəmənin paytaxtı Səna şəhərinin beynəlxalq hava limanına azı iki dəfə hava zərbəsi endirib.
SalamNews bu barədə Yəmənin əl-Məsira telekanalına istinadla məlumat verir.
Bildirilib ki, Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiyanın hərbi təyyarələri bu gün Yəmənin paytaxtı Səna şəhərinin beynəlxalq hava limanına azı iki dəfə hava zərbəsi endirib.
Hava zərbələri nəticəsində dağıntıların olduğu deyilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı hərbi koalisiyası 2015-ci ilin mart ayından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb. BMT mənbələri bu müharibə nəticəsində və onunla bağlı səbəblərdən Yəməndə 230 min insanın həyatını itirdiyini bildirib.
|