Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

"Qızılağac" Milli Parkında qanunsuz balıq ovlayan şəxs tutulub

02 Dekabr 2020, 16:43 (GMT +4)

Bakı, 2 dekabr, SalamNews. Müvafiq icazələri olmadan qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, həyata keçirilən sonuncu tədbir zamanı Lənkəran şəhərində “Qızılağac” Milli Parkında qanunsuz balıq ovu ilə məşğul olan Lənkəran şəhər sakini Vüsal Səfərov tutulub. Baxış zamanı ona məxsus balıqovlama alətləri, qanunsuz olaraq tutduğu 70-ə yaxın balıq aşkar edilib. Araşdırma zamanı saxlanılan şəxsin balıqovlama biletinin olmadığı və qoruq ərazisində balıqları elektrik alətlərindən istifadə edərək ovladığı məlum olub. 

İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı İmişli rayonunda qanunsuz balıq ovu ilə məşğul olan Rafət Cəfərov saxlanılıb. Baxış zamanı onun adı “Qırmızı” kitaba düşən ovlanması qəti qadağan edilən nəsli kəsilmək üzrə olan Poru balıqlarını tutduğu məlum olub. 

Qeyd edək ki, Poru balığının bir ədədinin tutulmasına görə müvafiq qanunvericilikdə 275 manat miqdarında cərimə sanksiyası nəzərdə tutulur.

İdarə əməkdaşları tərəfindən Ağstafa rayonunda xidməti ərazidə keçirilən növbəti tədbir zamanı rayon sakini Qurban Musayev qanunsuz balıq ovlayan zaman saxlanılıb. Araşdırma zamanı bu şəxsin də elektrik avadanlıqlarından istifadə edərək qanunsuz olaraq balıq ovladığı məlum olub. 

Qeyd edək ki, elektrik cihazları ilə tutulan balıqların istehlakı insanlarda müxtəlif növ xəstəliklərə səbəb ola bilər. Həmçinin bu üsul balıqların kütləvi məhvi ilə nəticələndiyindən istifadəsi qəti qadağandır.

Saatlı rayonunda qanunsuz olaraq quş ovu ilə məşğul olan şəxslərə qarşı da Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib. Nəticədə xidməti ərazidə çöl quşlarını müvafiq icazələri olmadan qanunsuz ovlayan şəxslər saxlanılıb. Onlardan qanunsuz  ovladıqları  müxtəlif növ quşlar, həmçinin ov alətləri aşkar edilərək götürülüb. 

Sonda qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərin diqqətinə çatdırılır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə müəyyən edilən qaydalarda balıq tutmaq mümkündür. Dənizdə və su hövzələrində tor qurmaq və elektrik avadanlıqlarından istifadə etməklə balıq tutmaq isə qanunla qəti qadağan olunub.

Qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq edilir.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizindən çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə tədbirləri mütəmadi olaraq davam etdirilir. 

Sonda vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və qoruqlarda, eləcə də milli parklarda hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş edilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Yanvar 2021, 10:48 (GMT +4)
AB liderləri Moskvanı Navalnını azadlığa buraxmağa çağırır

22 Yanvar 2021, 10:45 (GMT +4)
Zığ-Hava limanı yolunda zəncirvari qəza baş verib

22 Yanvar 2021, 10:30 (GMT +4)
Ayətullah Sistani İŞİD-in törətdiyi partlayışlardan sonra müraciət ünvanlayıb

22 Yanvar 2021, 10:24 (GMT +4)
Türkiyə Xəzər dənizi üzrə Bakı-Aşqabad razılaşmasını alqışlayır

22 Yanvar 2021, 10:20 (GMT +4)
ANAMA: Ermənilərin cəbhəyanı ərazilərdə basdırdıqları minalar aşkarlanıb

22 Yanvar 2021, 10:10 (GMT +4)
Prokurorluq Şəmkirdə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb

22 Yanvar 2021, 10:09 (GMT +4)
Tahir Mirkişili “Caspian Energy Club”-un təşkil etdiyi “Online B2G Forum”da iştirak edib

22 Yanvar 2021, 10:00 (GMT +4)
Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi açıqlanıb

22 Yanvar 2021, 09:47 (GMT +4)
Bağdadda 32 nəfərin ölümü ilə nəticələnən silsilə partlayışları İŞİD üzərinə götürüb

22 Yanvar 2021, 09:45 (GMT +4)
Bakıda körpünün üzərində 11 avtomobil toqquşub, xəsarət alanlar var

22 Yanvar 2021, 09:44 (GMT +4)
Senatda Trampın impiçment prosesinin 13 fevrala qədər təxirə salınması təklif edilir

22 Yanvar 2021, 09:30 (GMT +4)
Azərbaycan və Fransa XİN başçıları Qarabağ bəyanatını müzakirə edib

22 Yanvar 2021, 09:27 (GMT +4)
Bayden fevralda ABŞ-da koronavirusdan ölənlərin sayının 500 minə çatacağını proqnozlaşdırıb

22 Yanvar 2021, 09:20 (GMT +4)
Naxçıvanda zəlzələ olub

22 Yanvar 2021, 09:15 (GMT +4)
Azərbaycandakı günəş elektrik stansiyaları ötən il istehsalı 8% artırıb

22 Yanvar 2021, 09:00 (GMT +4)
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı sektorunun gəlirləri artıb

22 Yanvar 2021, 08:46 (GMT +4)
İsrail Suriya ərazisini aviazərbələrlə hədəfə alıb, havadan müdafiə hərəkətə keçib (VİDEO)

21 Yanvar 2021, 18:06 (GMT +4)
Cavad Zərif yanvarın 24-ü Bakıya səfər edərək Azərbaycan Respublikasının prezidenti ilə görüşəcək

21 Yanvar 2021, 18:00 (GMT +4)
Azərbaycan ötən il Cənubi Qafqaz boru kəməri ilə qaz ixracını 18% artırıb

21 Yanvar 2021, 17:50 (GMT +4)
Daxili Qoşunların Vətən müharibəsində yaralanan hərbçisi bu gün şəhid olub

21 Yanvar 2021, 17:47 (GMT +4)
Tacikistanda yenidən məscidlərdə namaz qılınmasına icazə verilib

21 Yanvar 2021, 17:42 (GMT +4)
Ötən il Azərbaycanda baş vermiş yanğın hadisələrinin sayı açıqlanıb

21 Yanvar 2021, 17:32 (GMT +4)
Almaniyada son sutkada 20 mindən çox koronavirusa yoluxma qeydə alınıb

21 Yanvar 2021, 17:28 (GMT +4)
Azərbaycanda 84 xarici ölkədən tələbə təhsil alır

21 Yanvar 2021, 17:19 (GMT +4)
Tərtərdə karantin rejimini pozan kafe aşkarlanıb

21 Yanvar 2021, 17:10 (GMT +4)
Azərbaycanda son sutkada 770 nəfər COVID-19-dan sağalıb, 9 nəfər vəfat edib

21 Yanvar 2021, 17:03 (GMT +4)
Region və dünya dövlətləri İraqda baş verən silsilə terror aktlarını kəskin pisləyiblər

21 Yanvar 2021, 17:02 (GMT +4)
Prezident: “Əminəm ki, bugünkü imzalanma mərasimi regional əməkdaşlığın inkişafı üçün çox müsbət səmərəyə malik olacaq”

21 Yanvar 2021, 16:58 (GMT +4)
İngiltərə vətəndaşlarının AB ölkələrinə girişinə qadağa qoyula bilər 

21 Yanvar 2021, 16:52 (GMT +4)
Nazirlik: Yanvarın 27-də məktəblilərin qış tətili başlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66