Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Şuşaya avtomobil yolunun çəkilişinə xarici şirkətlər də cəlb olunub

02 Dekabr 2020, 13:58 (GMT +4)

Bakı, 2 dekabr, SalamNews. Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun, qısa müddət ərzində yekunlaşdırılması üçün tikinti işlərinə yerli və xarici şirkətlərin cəlb olunması prosesi yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) İnterAz-a bildirilib ki, Qarabağımızın tacı olan Şuşamıza aparan yeni avtomobil yolu layihəsi şərti olaraq 5 hissəyə bölünüb.

Əsas qüvvə olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları hazırda layihə boyu tikinti işlərini həyata keçirir.

Bundan başqa çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik 2 türk və 1 yerli tikinti şirkəti də layihəyə cəlb olunub.

Hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür. Belə ki, agentliyin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının inşası işləri aparılır.

Dövlət başçısının sərəncam və tapşırığına əsasən Şuşamızın, ümumilikdə Qarabağımızın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu 101.5 km, yolun ümumi eni isə 37.7 m təşkil edəcək.

Yeni avtomobil yolunun əsas hissəsinin eni 21.5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa relyefin imkan verdiyi əraziyə qədər layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyat zolaqlarla birgə yolun bir hissəsinin 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.

Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Yanvar 2021, 09:00 (GMT +4)
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı sektorunun gəlirləri artıb

22 Yanvar 2021, 08:46 (GMT +4)
İsrail Suriya ərazisini aviazərbələrlə hədəfə alıb, havadan müdafiə hərəkətə keçib (VİDEO)

21 Yanvar 2021, 18:06 (GMT +4)
Cavad Zərif yanvarın 24-ü Bakıya səfər edərək Azərbaycan Respublikasının prezidenti ilə görüşəcək

21 Yanvar 2021, 18:00 (GMT +4)
Azərbaycan ötən il Cənubi Qafqaz boru kəməri ilə qaz ixracını 18% artırıb

21 Yanvar 2021, 17:50 (GMT +4)
Daxili Qoşunların Vətən müharibəsində yaralanan hərbçisi bu gün şəhid olub

21 Yanvar 2021, 17:47 (GMT +4)
Tacikistanda yenidən məscidlərdə namaz qılınmasına icazə verilib

21 Yanvar 2021, 17:42 (GMT +4)
Ötən il Azərbaycanda baş vermiş yanğın hadisələrinin sayı açıqlanıb

21 Yanvar 2021, 17:32 (GMT +4)
Almaniyada son sutkada 20 mindən çox koronavirusa yoluxma qeydə alınıb

21 Yanvar 2021, 17:28 (GMT +4)
Azərbaycanda 84 xarici ölkədən tələbə təhsil alır

21 Yanvar 2021, 17:19 (GMT +4)
Tərtərdə karantin rejimini pozan kafe aşkarlanıb

21 Yanvar 2021, 17:10 (GMT +4)
Azərbaycanda son sutkada 770 nəfər COVID-19-dan sağalıb, 9 nəfər vəfat edib

21 Yanvar 2021, 17:03 (GMT +4)
Region və dünya dövlətləri İraqda baş verən silsilə terror aktlarını kəskin pisləyiblər

21 Yanvar 2021, 17:02 (GMT +4)
Prezident: “Əminəm ki, bugünkü imzalanma mərasimi regional əməkdaşlığın inkişafı üçün çox müsbət səmərəyə malik olacaq”

21 Yanvar 2021, 16:58 (GMT +4)
İngiltərə vətəndaşlarının AB ölkələrinə girişinə qadağa qoyula bilər 

21 Yanvar 2021, 16:52 (GMT +4)
Nazirlik: Yanvarın 27-də məktəblilərin qış tətili başlayır

21 Yanvar 2021, 16:42 (GMT +4)
​​​​​​​“AzerGold" 1,4 milyon manatlıq tenderə yekun vurub

21 Yanvar 2021, 16:32 (GMT +4)
"Nar" Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir

21 Yanvar 2021, 16:28 (GMT +4)
Yaponiya 300 milyondan çox COVID-19 peyvənd dozası alacaq

21 Yanvar 2021, 16:25 (GMT +4)
MN Füzuli rayonunun Dördçinar kəndindən videogörüntülər yayıb

21 Yanvar 2021, 16:15 (GMT +4)
Hərbi Prokurorluq: Cinayətlərin 99,5 faizi açılıb

21 Yanvar 2021, 16:06 (GMT +4)
Şabranda karantini pozan kafe sahibi və müştəriləri cərimələnib

21 Yanvar 2021, 15:56 (GMT +4)
Hərbi Prokurorluq: Vətən müharibəsində həlak olan 2 858 nəfərin şəxsiyyəti tam müəyyənləşib

21 Yanvar 2021, 15:46 (GMT +4)
Dövlət başçısı: Azərbaycanla Türkmənistan arasında münasibətlər müsbət məcrada inkişaf edir

21 Yanvar 2021, 15:45 (GMT +4)
Baydenin andiçmə mərasimindən sonra Sietl və Portlenddə iğtişaşlar olub

21 Yanvar 2021, 15:36 (GMT +4)
DİN: Postlardan icazə almadan keçməyə cəhd göstərən 2 315 nəqliyyat vasitəsi geri qaytarılıb

21 Yanvar 2021, 15:25 (GMT +4)
Gəncədə “Eliş” ləqəbli narkotacir saxlanılıb

21 Yanvar 2021, 15:22 (GMT +4)
ABŞ 100 gün müddətinə deportasiyanı dayandırıb

21 Yanvar 2021, 15:16 (GMT +4)
İsraildə bir günə 8,174 nəfərin koronavirusa yoluxması qeydə alınıb

21 Yanvar 2021, 15:03 (GMT +4)
İcra başçısı vaksinasiya prosesinə hazırlıq işləri ilə tanş olub (FOTO)

21 Yanvar 2021, 14:52 (GMT +4)
Azərbaycanla Türkmənistan arasında Xəzərdə “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66