Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

MOSSAD: Türkiyə, İrandan daha təhlükəlidir

02 Dekabr 2020, 14:28 (GMT +4)

Bakı, 2 dekabr, SalamNews. Uğur Mumcu cinayətə qurban getməzdən bir müddət əvvəl, hazırda ifşa olunan terror təşkilatı PKK ilə ondan istifadə edən Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) ilə İsrail gizli təşkilatı MOSSAD arasındakı əlaqəni araşdırırdı.

Uğur Mumcunun 24 yanvar 1993-cü ildə vəfatından sonra ‘"Cumhuriyet’" qəzetində  yayımlanan "MOSSAD və Bərzani" adlı məqalə bu cümlə ilə bitirdi:

"(...) Kürdlər müstəmləkəçiliyə qarşı müstəqillik uğrunda mübarizə aparırlarsa, CIA və MOSSAD kürdlərin arasında nə işi var? Yoxsa CIA və MOSSAD anti-imperialist müharibə aparır, amma dünya bu müharibədən xəbərdar deyil?".

Uğur Mumcu PKK terror təşkilatı haqqında yazdıqca, terror təşkilatının mediası onu "Kürd düşməni" elan edirdi. PKK-nın media orqanı "Özgür Gündem" qəzetində, təşkilatın liderlərindən biri Yaşar Kaya, Uğur Mumcunu bu sözlərlə hədələmişdi:

“Kürdlər Cümhuriyyətin qurulmasında təməl daşı oldu. 1925-ci ildən sonra kürdlər rədd edildi. Mumcunun bu məsələdə kürdlər üçün istədiyi bir şey varmı? Hamı maskanı çıxartsın! Əks ətəqdirdə, üzlərindəki maskanı biz çıxardacayıq. Biz etməsək də, kürd xalqı edəcək. Hər kəsin qiyməti və hesabatı müəyyənləşdirilib. Kürdlərə düşmən olmamaq şərəf borcudur..."

Mumcu, həyat yoldaşına bunun onun üçün bir təhdid olduğunu demişdi.

İsrailin Ankaradakı səfiri 7 yanvarda, MOSSAD məqaləsi yayımlandıqdan bir gün sonra Uğur Mumcunu görüşə çağırdı.

Söhbətdən sonra səfir Uğur Mumcuya, "öldürülməkdən qorxmursunuz?" deyə soruşdu.

Uğur Mumcu bu görüşdən 17 gün sonra avtomobilinə qoyulmuş bomba ilə partladıldı.

Cümə günü İranın nüvə proqramının memarı kimi tanınan nüvə fizika alimi Muhsin Fahrizadənin paytaxt Tehran yaxınlığında baş verən sui-qəsd nəticəsində ölümü, nədənsə ağıla Uğur Mumcunun qətlini gətirdi. 

Çünki İsrail Baş Naziri Netanyahu, 30 aprel 2018-ci il tarixində İranın nüvə raket layihəsi Amad və layihə rəhbəri Muhsin Fahrizadə haqqında etdiyi bir təqdimatında “Fahrizadə, bu adı xatırlayın’’ demişdi.

Daha əvvəl bir sui-qəsd cəhdindən xilas olan Fahrizadə, bu dəfə digər terorçular tərəfindən  öldürüldü.

Hadisə baş verən kimi sui-qəsdin arxasında İsrailin dayandığını göstərmək səyləri diqqət çəkirdi.

Əslində Amerika mətbuatı İsrail və Amerika rəsmiləri ilə söhbət edərək bunu təsdiqlədi.

Məsələni izləyənlər onsuz da MOSSAD-ın CIA ilə birlikdə İran alimlərinə sui-qəsd etdiyini bilirdilər.

Əlbətdə ki, bu hadisə İrana olduğu kimi bütün dünyaya təsir edəcəkdir. İsrailin Baş naziri Netanyahu planladıqları sui-qəsdin nəticələrini yaxşı hesablamış olmalıdırlar ki, "Sizə Yaxın Şərqdə bir hərəkətlilik olacağını demək isəyirəm. Gərgin günlər bizi gözləyir’’ dedi.

Bu hadisə Türkiyəyə necə təsir edər?

Cavabını MOSSAD prezidenti Yossi Kohenin 18 avqust 2020-ci il tarixində ‘’British Times’’ qəzetində əks olunan sözlərində görmək olar. Məqalənin giriş cümləsi belədir:

“İsrail ilə BƏƏ arasında təməlqoyma müqaviləsi üçün ən çox etibar edilən şəxs Mossad rəhbəri Yossi Kohendir. Körfəz ölkələrində illərlə gizli şəkildə casuslarla söhbət edir və ortaq bir düşmənlərı olduğuna işarə edir: İran. Ancaq təxminən 20 ay əvvəl başqa bir mövzu gündəm gəldi. Misir, Səudiyyə Ərəbistanı və Əmirliklərdən cəsuslara "İranın gücü zəifləyib, amma əsas təhdid Türkiyədir".

Məqalədə "Türkiyənin niyə təhdid hesab edildiyi de izah edilir.

Türkiyədə də sui-qəsd həyata keçirilə bilər.

Silahlanma texnologiyasına görə və regional bir güc halına gəldiyi üçün, Türkiyə İsrail qarşısında İrandan daha böyük bir təhlükə yaradır.

Bütün baş verənlərdən çıxarılan nəticə budur: MOSSAD, bu gücü qırmaq üçün Türkiyədə hər cür əəməliyyata cəhd edə bilər. Buraya sui-qəsd də daxildir. Bəs bunu necə edəcək? Bunu həyata keçirmek üçün Türkiyədə hər cür şərait var. Məsələn terror təşkilatları, xüsusən PKK.

"Xeyr, edə bilməzlər" deyə bilərsiz, amma sonra Fahrizadənin 27 noyabrda qonşu İranda, sui-qəsdə qurban getməsi hadisəsinə baxın…


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Yanvar 2021, 09:47 (GMT +4)
Bağdadda 32 nəfərin ölümü ilə nəticələnən silsilə partlayışları İŞİD üzərinə götürüb

22 Yanvar 2021, 09:45 (GMT +4)
Bakıda körpünün üzərində 11 avtomobil toqquşub, xəsarət alanlar var

22 Yanvar 2021, 09:44 (GMT +4)
Senatda Trampın impiçment prosesinin 13 fevrala qədər təxirə salınması təklif edilir

22 Yanvar 2021, 09:30 (GMT +4)
Azərbaycan və Fransa XİN başçıları Qarabağ bəyanatını müzakirə edib

22 Yanvar 2021, 09:27 (GMT +4)
Bayden fevralda ABŞ-da koronavirusdan ölənlərin sayının 500 minə çatacağını proqnozlaşdırıb

22 Yanvar 2021, 09:20 (GMT +4)
Naxçıvanda zəlzələ olub

22 Yanvar 2021, 09:15 (GMT +4)
Azərbaycandakı günəş elektrik stansiyaları ötən il istehsalı 8% artırıb

22 Yanvar 2021, 09:00 (GMT +4)
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı sektorunun gəlirləri artıb

22 Yanvar 2021, 08:46 (GMT +4)
İsrail Suriya ərazisini aviazərbələrlə hədəfə alıb, havadan müdafiə hərəkətə keçib (VİDEO)

21 Yanvar 2021, 18:06 (GMT +4)
Cavad Zərif yanvarın 24-ü Bakıya səfər edərək Azərbaycan Respublikasının prezidenti ilə görüşəcək

21 Yanvar 2021, 18:00 (GMT +4)
Azərbaycan ötən il Cənubi Qafqaz boru kəməri ilə qaz ixracını 18% artırıb

21 Yanvar 2021, 17:50 (GMT +4)
Daxili Qoşunların Vətən müharibəsində yaralanan hərbçisi bu gün şəhid olub

21 Yanvar 2021, 17:47 (GMT +4)
Tacikistanda yenidən məscidlərdə namaz qılınmasına icazə verilib

21 Yanvar 2021, 17:42 (GMT +4)
Ötən il Azərbaycanda baş vermiş yanğın hadisələrinin sayı açıqlanıb

21 Yanvar 2021, 17:32 (GMT +4)
Almaniyada son sutkada 20 mindən çox koronavirusa yoluxma qeydə alınıb

21 Yanvar 2021, 17:28 (GMT +4)
Azərbaycanda 84 xarici ölkədən tələbə təhsil alır

21 Yanvar 2021, 17:19 (GMT +4)
Tərtərdə karantin rejimini pozan kafe aşkarlanıb

21 Yanvar 2021, 17:10 (GMT +4)
Azərbaycanda son sutkada 770 nəfər COVID-19-dan sağalıb, 9 nəfər vəfat edib

21 Yanvar 2021, 17:03 (GMT +4)
Region və dünya dövlətləri İraqda baş verən silsilə terror aktlarını kəskin pisləyiblər

21 Yanvar 2021, 17:02 (GMT +4)
Prezident: “Əminəm ki, bugünkü imzalanma mərasimi regional əməkdaşlığın inkişafı üçün çox müsbət səmərəyə malik olacaq”

21 Yanvar 2021, 16:58 (GMT +4)
İngiltərə vətəndaşlarının AB ölkələrinə girişinə qadağa qoyula bilər 

21 Yanvar 2021, 16:52 (GMT +4)
Nazirlik: Yanvarın 27-də məktəblilərin qış tətili başlayır

21 Yanvar 2021, 16:42 (GMT +4)
​​​​​​​“AzerGold" 1,4 milyon manatlıq tenderə yekun vurub

21 Yanvar 2021, 16:32 (GMT +4)
"Nar" Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir

21 Yanvar 2021, 16:28 (GMT +4)
Yaponiya 300 milyondan çox COVID-19 peyvənd dozası alacaq

21 Yanvar 2021, 16:25 (GMT +4)
MN Füzuli rayonunun Dördçinar kəndindən videogörüntülər yayıb

21 Yanvar 2021, 16:15 (GMT +4)
Hərbi Prokurorluq: Cinayətlərin 99,5 faizi açılıb

21 Yanvar 2021, 16:06 (GMT +4)
Şabranda karantini pozan kafe sahibi və müştəriləri cərimələnib

21 Yanvar 2021, 15:56 (GMT +4)
Hərbi Prokurorluq: Vətən müharibəsində həlak olan 2 858 nəfərin şəxsiyyəti tam müəyyənləşib

21 Yanvar 2021, 15:46 (GMT +4)
Dövlət başçısı: Azərbaycanla Türkmənistan arasında münasibətlər müsbət məcrada inkişaf edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66