Qarabağda hərbi hissədə partlayış zamanı iki erməni hərbçi ölüb02 Dekabr 2020, 12:40 (GMT +4) Bakı, 2 dekabr, SalamNews. Qarabağda ermənilərə məxsus hərbi hissədə partlayış olub.
SalamNews “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hadisə ötən gün silah-sursat daşınması zamanı baş verib.
Partlayış nəticəsində Jirayr Matevosyan və Geram Ovannisyan adlı (hər ikisi 2001-ci il doğumlu) erməni əsgərlər ölüb.
|