Co Bayden İranla əldə edilmiş nüvə sazişinə qayıtmağı yenidən dilə gətirib02 Dekabr 2020, 12:33 (GMT +4) Bakı, 2 dekabr, SalamNews, B.Samid. “Yaxın Şərqdə sabitliyi təmin etməyin ən yaxşı yollarından biri də İranın nüvə priqramına nəzarət etməkdir. Nüvə sazişi bunu təmin edir. Əlavə razılaşmaların o cümlədən ballistik raketlərlə bağlı razılaşmaların bu sazişə artırılması nüvə anlaşmasına nəzarəti genişləndirəcək. İranla nüvə sazişi olmasa, Yaxın Şərqdə Türkiyə, Misir və Səudiyyənin də nüvə silahının əldə edilməsi istiqamətində səylərinin şahidi olacağıq.”
SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, bunu ABŞ seçkilərində qalib gəlmiş demokratçıların namizədi Co Bayden jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Yaxın Şərqdə sabitliyi təmin etmək üçün nüvə sazişi lazımdır.
Lakin o İranla əldə edilmiş nüvə sazişinə qayıtmaq üçün əlavə razılaşmaların o cümlədən ballistik raketlərlə bağlı razılaşmaların əlavə edilməsinin zəruri olduğunu bildirib.
Qeyd edək ki, İran ABŞ-ın 2015-ci ildə əldə edilən nüvə sazişinə qayıtması üçün heç bir əlavə şərti qəbul etməyəcəyini bildirib.
|