Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 10 % azalıb02 Dekabr 2020, 17:51 (GMT +4) Bakı, 2 dekabr, SalamNews. Bu ilin oktyabr ayında Azərbaycan 4,9 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.
SalamNews-un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın noyabr sayında bildirilir.
Xatırladaq ki, ötən ilin oktyabr ayında Azərbaycan elektrik enerjisi ixracını həyata keçirməyib.
2020-ci ilin yanvar-oktyabr aylarında isə Azərbaycan 56,8 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Bu isə 2019-cu ilin eyni dövrünə nisbətən 6,1 milyon ABŞ dolları və yaxud 9,7 % azdır.
|