İsraildə iki hücum həyata keçirilib, ölənlər var02 Dekabr 2020, 09:58 (GMT +4) Bakı, 2 dekabr, SalamNews, B.Samid. Ötən gün Təl-Əvivdə bir avtomobil partladılıb, bu gün sübh isə Beyt-Ləhmdə İsrailin nəzarətində olan kvartalda avtobus bir qrup şəxsin üzərinə sürülüb.
SalamNews İsrail mətbuatına istinadla xəbər verir ki, ötən gün Təl-Əvivin Bat-Yam rayonunda bir maşın partladılıb. Maşında olan şəxs xəstəxanaya aparılıb.
Hədəfə alınan şəxsin kimliyi məlum deyil.
Bu gün isə Beyt-Ləhm şəhərinin İsrailin nəzarətində olan hissəsində avtobus bir qrup şəxsin üzərinə sürülüb. İlkin məlumata görə hadisə qurbanları fəhlələrdir.
Burada iki nəfərin öldüyü və bir neçə nəfərin yaralandığı deyilir.
İsrail tərəfi ikinci hücumun mahiyyətini hələ açıqlamayıb.
|