Sumqayıtda mənzildə qadın meyiti aşkarlanıb02 Dekabr 2020, 10:15 (GMT +4) Bakı, 2 dekabr, SalamNews. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bu barədə SalamNews FHN-ə istinadən xəbər verir.
Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü Cahangirova Sona İsgəndər qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
|