Kabildə partlayışlar planlayan terror qrupu ələ keçib01 Dekabr 2020, 16:04 (GMT +4) Bakı, 1 dekabr, SalamNews, B.Samid. Əfqanıstanın paytaxtı Kabildə partlayışlar törədən yeni terrorçu qrup aşkarlanaraq, üzvləri ələ keçirilib.
SalamNews ToloNews-a istinadla xəbər verir ki, bunu Əfqanıstanın birinci vitse-prezidenti Əmrulla Saleh rəsmi facebook səhifəsində yazıb.
O bildirib ki, Kabildə çoxlu partlayışlar planlaşdırmış və həyata keçirmiş qrup üzvləri ələ keçirilib.
Terror qrupu azı 20 Əfqanıstan rəsmisinin terror edilməsi barədə etiraf ediblər.
Əlavə edilib ki, yüzlərlə insanın ölümü və yaralanmasına səbəb olan bu şəxslərin mühakiməsi ictimaiyyətə açıq şəkildə həyata keçiriləcək.
|