İran Suriya-İraq sərhədində Sepah komandirlərindən birinin ölməsi xəbərini təkzib edib01 Dekabr 2020, 13:38 (GMT +4) Bakı, 1 dekabr, SalamNews, B.Samid. İranın Xarici İşlər Nazirliyi Suriya-İraq sərhədində Sepah komandirlərindən birinin terrora məruz qalması və ölməsini təkzib edib.
SalamNews Tasnim-ə istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə açıqlama verib.
Səudiyyə Ərəbistanın Əl-Ərəbiyyə telekanalının iddiasına münasibət bildirən İran XİN sözçüsü bildirib ki, bu məlumat əsassızdır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın əl-Ərəbiyyə telekanalı Suriya-İraq sərhədində İslam İnqilabının Keşikçilər Ordusunun komandiri Mislim Şəhdanın naməlum PUA-ların hücumu nəticəsində öldüyünü iddia etmişdi.
|