ARDNF valyuta hərraclarındakı satışını 17% artırıb01 Dekabr 2020, 17:36 (GMT +4) Bakı, 1 dekabr, SalamNews. Bu ilin yanvar-noyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 6 665,9 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
SalamNew Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,8% çoxdur.
Təkcə noyabr ayında isə ARDNF-in valyuta satışının məbləği 495,5 milyon dollar təşkil edib. Bu isə ötən ilin noyabr ayına nisbətən 8,2% azdır.
|