Xorvatiyanın baş naziri koronavirusa yoluxub01 Dekabr 2020, 09:23 (GMT +4) Bakı, 1 dekabr, SalamNews. Xorvatiya Baş naziri Andrey Plenkoviç, həyat yoldaşı Anna Maslaç-Plenkoviçin COVID-19 testinin nəticəsi müsbət olub.
SalamNews TASS-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat katibi Marko Miliç bildirib.
"Epidemioloqların tövsiyələrinə əsasən Baş nazir bazar ertəsi günü yenidən test verib və nəticəsi müsbət olub", Miliç qeyd edib.
Mətbuat katibinin sözlərinə görə, Baş nazir özünü yaxşı hiss edir və evdən işləyir, həkimlərin göstərişlərinə əməl edir.
|