DİN Biləsuvarda avtomobilin kanala aşması faktı ilə bağlı məlumat yayıb30 Noyabr 2020, 17:15 (GMT +4) Bakı, 30 noyabr, SalamNews. Biləsuvar rayonunun Çaylı kəndi ərazisində Cəlilabad rayon sakini İbrahim Qəfərzadə idarə etdiyi BMW markalı avtomobili kanala aşırıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SalamNews-a verilən xəbərə görə, qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
|