İranda koronavirusdan ölənlərin sayı 48 mini keçib30 Noyabr 2020, 15:38 (GMT +4) Bakı 30 noyabr, SalamNews. B.Samid. İranda son sutkada 381 nəfər koronavirusdan ölüb və bu rəqəm ümumilikdə 48,246-a çatıb.
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat-Lari deyib.
Bildirilib ki, ölkədə son sutkada 381 nəfər koronavirusdan ölüb və bu rəqəm ümumilikdə 48,246-a çatıb.
Əlavə edilib ki, son 24 saat ərzində İranda 13,321 nəfər koronavirusa yoluxub və bu rəqəm ümumilikdə 962,070-ə çatıb.
İranda koronavirusa yoluxmuşlardan 668 mini sağalıb.
|