Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Argentina şirkətləri İİTKM ilə əməkdaşlıq edəcək

30 Noyabr 2020, 17:57 (GMT +4)

Bakı, 30 noyabr, SalamNews. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azexport portalı və Rəqəmsal Ticarət Qovşağı (RTQ) ilə Argentinanın “UAB Ramchos”, “Proargex” və “Gemaco Group” şirkətlərinin nümayəndələri arasında onlayn konfrans keçirilib.

Bu barədə SalamNews-a İİTKM-dən məlumat verilib.

Konfransda Azexport portalı və DTH-ın rəhbərləri Ayxan Qədəşov və Məsumə Talıbova Prezident İlham Əliyevin tapşırıqlarına əsasən yaradılan əlverişli biznes mühiti barədə xarici şirkətlərin nümayəndələrinə məlumatlar təqdim ediblər. Qeyd olunub ki, Azexport portalı qısa zaman ərzində böyük uğurlar əldə edib və sahibkarlar üçün yeni, eləcə də innovativ imkanlar yaradıb.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı isə onlayn rejimində transsərhəd elektron xidmətlərin həyata keçirilməsi üçün yaradılıb. Konfransda RTQ tərəfindən təqdim olunan imkanlardan istifadə etməklə e - və m - Rezidentlər Azərbaycandan və ya istənilən digər ölkədən tamamilə onlayn şəkildə şirkət təsis və idarə edə biləcəkləri qeyd olunub.

Argentina şirkətlərinin nümayəndəsi Jose Sabaliauskas isə Azərbaycanda yerli və xarici investorlara biznes üçün əlverişli mühitin yaradılmasından məmnunluğunu ifadə edib. O, bu imkanların Amerika - Asiya ticarət əlaqələrinin dayanıqlı və təhlükəsiz təşkili və tərəflər arasında təchizat zəncirinin təkmilləşdirilməsində müsbət rol oynayacağını bildirib. Bununla yanaşı, Jose Sabaliauskas təmsil etdiyi şirkətlərin Azərbaycanın coğrafi mövqeyindən və biznes üçün yaradılan imkanlardan istifadə edərək müəyyən kənd təsərrüfatı mallarının Azexport portalı vasitəsilə Qazaxıstan, Türkmənistan, Özbəkistan, İran və digər region ölkələrinə ixracının həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Müzakirələrin yekununda Azexport portalı və RTQ-nin Argentina sahibkarlarına onlayn formada təqdim olunmasına dair razılıq əldə olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İİTKM-də bir neçə departamentə rəhbər təyin olunub

İİTKM-nin yaranmasından 4 il ötür

İİTKM ilə Azərbaycan Beynəlxalq Bankı arasında Memorandum imzalanıb

İİTKM Oxford Universitetində təqdimat edib

İİTKM Koreya İnkişaf İnstitutu ilə əməkdaşlıq edəcək

İİTKM təcrübə proqramı elan edib

“Doing Business”in ekspertləri İİTKM-də metodologiya mövzusunda təlim keçirir

İİTKM: Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir

İİTKM-da ABŞ və Azərbaycan arasında əməkdaşlıq müzakirə edilib

İİTKM ABŞ biznes şurası ilə memorandum imzalayıb

İİTKM Rəqəmsal Ticarət Qovşağının fəaliyyətini təkmilləşdirir

İİTKM-in departament rəhbəri Asiya Beyin Mərkəzlərinin Forumunda iştirak edib

İİTKM-in departament rəhbəri beynəlxalq tədbirdə Azərbaycanı təmsil edir

İİTKM – də “Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib

İİTKM-nin rəhbəri “AmCham”ın üzvləri ilə görüşüb (FOTO)

İİTKM–də “Digital Marketinq” mövzusunda təlim keçirilib

İİTKM beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməyi planlaşdırır

İİTKM-də “Digital Marketinq” mövzusunda təlim keçiriləcək

İİTKM növbəti Təcrübə Proqramını elan edir

İİTKM-də “Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib

28 Yanvar 2021, 13:25 (GMT +4)
AAYDA: M1 magistralının bir hissəsində təmir-bərpa işlərinin ilk mərhələsi bitir

28 Yanvar 2021, 13:15 (GMT +4)
Prezident Bakıda yeni tikilən iki məktəbdə yaradılan şəraitlə tanış olub (FOTO)

28 Yanvar 2021, 13:02 (GMT +4)
Blinken: ABŞ-Çin əlaqələri getdikcə düşmənçilik münasibətlərinə çevrilir

28 Yanvar 2021, 13:00 (GMT +4)
Daha 401 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub

28 Yanvar 2021, 12:59 (GMT +4)
Cavad Zərif regiona səfəri çərçivəsində Yerevandan Tiflisə gedib

28 Yanvar 2021, 12:45 (GMT +4)
Türkiyəli psixoloqlar qazi və şəhid ailələrinin reabilitasiyasına başlayıb

28 Yanvar 2021, 12:30 (GMT +4)
MİQ üzrə onlayn müsahibələrə elektron qeydiyyat başa çatıb

28 Yanvar 2021, 12:28 (GMT +4)
Qırğızıstanın yeni prezidenti Sadır Japarov rəsmi olaraq vəzifəsinə başlayıb

28 Yanvar 2021, 12:17 (GMT +4)
ABŞ hökuməti Tramp Administrasiyasının fələstinlilərə qarşı bəzi qərarlarını ləğv edəcəyini bildirib

28 Yanvar 2021, 12:15 (GMT +4)
ƏƏSMN: Ötən il əmək qanunvericiliyi 955 dəfə pozulub

28 Yanvar 2021, 12:00 (GMT +4)
“Azərkosmos”un rəhbərliyinə müvəqqəti təyinat olub

28 Yanvar 2021, 11:53 (GMT +4)
Argentinada son sutkada 10 mindən çox koronavirusa yoluxma aşkar edilib

28 Yanvar 2021, 11:45 (GMT +4)
Abşeronda 21 min manatlıq oğurluq edən şəxs tutulub

28 Yanvar 2021, 11:31 (GMT +4)
Bayden İqlim Dəyişikliyi ilə mübarizə haqqında fərmanlar imzalayıb

28 Yanvar 2021, 11:30 (GMT +4)
Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlanıb

28 Yanvar 2021, 11:28 (GMT +4)
ABŞ hökuməti Tramp Administrasiyasının Səudiyyə və BƏƏ ilə bəzi silah müqavilələrini dondurub

28 Yanvar 2021, 11:15 (GMT +4)
MN Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Alıbəyli kəndindən videogörüntülər yayıb (VİDEO)

28 Yanvar 2021, 11:12 (GMT +4)
Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin Qarabağla bağlı iclası təxirə salınıb

28 Yanvar 2021, 11:00 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

28 Yanvar 2021, 10:54 (GMT +4)
İran Ordusu İsraili təhdid edib

28 Yanvar 2021, 10:45 (GMT +4)
Biləsuvarda yük maşını yanıb

28 Yanvar 2021, 10:38 (GMT +4)
Prezident Ərdoğan İlon Mask ilə söhbət edib

28 Yanvar 2021, 10:30 (GMT +4)
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

28 Yanvar 2021, 10:18 (GMT +4)
Bu gün Türkiyə Milli TŞ-də ölkə hərbçilərinin Azərbaycandakı fəaliyyəti müzakirə ediləcək

28 Yanvar 2021, 10:00 (GMT +4)
Bakı-Xırdalan-Sumqayıt qatarı kontakt şəbəkəsi yeniləndikdən sonra işləyəcək

28 Yanvar 2021, 09:58 (GMT +4)
Səudiyyənin Yəmən müharibəsi dünyada ən acınacaqlı vəziyyətə səbəb olub - ABŞ

28 Yanvar 2021, 09:45 (GMT +4)
Azərbaycan Tibb Universiteti Almaniyanın Heidelberg Universiteti ilə əməkdaşlığa başlayır (FOTO)

28 Yanvar 2021, 09:44 (GMT +4)
Kanadada son sutkada 4 mindən çox koronavirusa yoluxma aşkar edilib

28 Yanvar 2021, 09:22 (GMT +4)
Livanda aksiya və iğtişaşlar zamanı 200-dən çox mülki şəxs və polis yaralanıb

28 Yanvar 2021, 09:18 (GMT +4)
Geyts növbəti pandemiyanın COVID-19-dan "on qat daha pis" ola biləcəyini proqnozlaşdırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66