“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxub30 Noyabr 2020, 16:42 (GMT +4) Bakı, 30 noyabr, SalamNews. Ağdamın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov koronavirusa yoluxub.
SalamNews xəbər verir ki, bu barədə onun köməkçisi Elçin Rəhmanov məlumat verib.
Onun sözlərinə görə, Q.Qurbanov “Sivasspor”la səfər matçından qayıdarkən təyyarədə özünü narahat hiss edib. Nəticədə Bakıda testdən keçən 48 yaşlı mütəxəssisdə koronavirus aşkarlanıb.
Qeyd edək ki, Q.Qurbanov “Qarabağ”ın futbolçuları ilə birgə Ağdama yollana bilməmişdi.
|