Rusiyada COVID-19 xəstələrinin sayı 3 milyona yaxınlaşıb30 Noyabr 2020, 12:50 (GMT +4) Bakı, 30 noyabr, SalamNews. Rusiya Federasiyasında son sutkada koronavirusa (COVID-19) yoluxma hallarının sayı 26.338 artaraq 2.295.654-ə çatıb.
SalamNews -un verdiyi xəbərə görə, bu barədə koronavirusla mübarizə üzrə əməliyyat qərargahından jurnalistlərə məlumat verilib.
Qərargahın verdiyi məlumata görə, Rusiya Federasiyasında son sutkada 1 778 704 nəfər olmaqla 17 247 nəfər sağalıb.
Son 24 saat ərzində Rusiyada təhlükəli virus səbəbindən 368 nəfər ölüb. Ümumilikdə, Rusiya Federasiyasında 39.895 xəstə virusun yaratdığı fəsadlar nəticəsində ölüb.
477.055 nəfərin müalicəsi davam edir.
|