BƏƏ və İordaniya iranlı nüvə aliminə qarşı terroru pisləyiblər30 Noyabr 2020, 09:49 (GMT +4) Bakı 30 noyabr, SalamNews. B.Samid. İsraillə əlaqələrini rəsmiləşdirən Birləşmiş Ərəb Əmirliyi, eləcə də İordaniya İranda nüvə aliminə qarşı terroru pisləyiblər.
SalamNews BƏƏ-nin dövlət xəbər agentliyinə istinadla xəbər verir ki, əmirliyin Xarici İşlər Nazirliyi ötən gün bəyanat yayaraq, İranda nüvə aliminə qarşı terroru pisləyib və bunu mənfur addım adlandırıb.
BƏƏ rəsmi Tehranı və digər tərəfləri təmkinli olmağa və gərginliyin artmasına imkan verməməyə çağırıb.
Eləcə də İordaniya Krallığı iranlı nüvə alimi Möhsün Fəxrizadəyə qarşı terroru pisləyib və tərəfləri təmkinli olmağa çağırıb.
|