Ermənistan prezidenti hökuməti istefaya çağırıb30 Noyabr 2020, 09:57 (GMT +4) Bakı, 30 noyabr, SalamNews. Ermənistan prezidenti Armen Sarkisyan hökuməti istefaya çağırıb.
SalamNews -un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bu barədə o, Moskvada Rusiyadakı erməni diasporunun nümayəndələri ilə görüşü zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, Ermənistanda erkən seçkilər keçirilməli və texnokratlardan ibarət müvəqqəti milli razılıq hökuməti qurulmalıdır.
"Bu qədər böyük faciənin baş verdiyi hər bir ölkədə yeganə həll yolu var - buna səbəb olan hökumət getməlidir", Sarkisyan bildirib.
|