Türkiyə Xarici İşlər Nazirliyi və Parlamenti iranlı nüvə aliminə qarşı terroru pisləyiblər29 Noyabr 2020, 10:04 (GMT +4) Bakı 29 noyabr, SalamNews. B.Samid. Türkiyənin Xarici İşlər Nazirliyi və Böyük Millət Məclisi iranlı nüvə alimi Möhsün Fəxrizadənin terrora məruz qalmasını pisləyiblər.
SalamNews Anadolu-a istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi Möhsün Fəxrizadənin terrora məruz qalması ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, bu mənfur cinayəti məhkum edirik və ona görə İran dövlətinə və mərhum Fəxrizadənin yaxınlarına başsağlığı veririk.
Bəyanatda əlavə edilib:
“Türkiyə bölgədə sabitliyi və sülhü hədəfə alan hər bir addıma qarşıdır, səbəbkarından və məqsədindən asılı olmayaraq terrorun hər bir növünün əleyhinədir... Ümidvarıq bu hücumun səbəbkarları tezliklə ələ keçiriləcək və mühakimə ediləcək”, deyə Türkiyə XİN bütün tərəfləri səbirli və təmkinli olmağa çağırıb.
Eyni zamanda Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop da ayrıca bəyanat yayaraq İranda nüvə aliminin terrora məruz qalmasını pisləyib.
O, rəsmi tvitter səhifəsində bildirib ki, İranda elm adamının öldürülməsi terrordur. Mustafa Şentop əlavə edib ki, “terroru istər bir təşkilat ya da bir dövlət törətsin fərqi yoxdur terrordur və biz beynəlxalq müstəvidə sabitliyi pozanlara qarşıyıq.”
|