Ayətullah Xamenei nüvə aliminin intiqamı ilə bağlı göstəriş verib28 Noyabr 2020, 13:46 (GMT +4) Bakı 28 noyabr, SalamNews. B.Samid. İranın İslam İnqilabının ali lideri Ayətullah Seyid Əli Xamenei ötən gün terrora məruz qalan nüvə aliminin intiqamının alınması ilə bağlı göstəriş verib.
SalamNews İSNA-a istinadla xəbər verir ki, Ayətullah Xamenei nüvə aliminin terror edilməsilə bağlı ölkənin rəsmi qurumlarına göstəriş verib.
Göstərişləri ehtiva edən müraciətdə deyilir:
“Mərhəmətli və rəhimli Allahın adı ilə! Ölkənin müdafiə və nüvə sahəsinin tanınmış alimi cənab Möhsün Fəxrizadə xəbis və cinayətkar muzdurların əli ilə şəhadətə qovuşub. Bu əvəzolunmaz elmi şəxsiyyət qiymətli və əziz canını böyük və qalıcı elmi işlərə və Allaha görə fəda etdi və şəhidlik məqamına yüksəldi.
Qurumlar gərək iki mühüm işi gündəmə gətirsinlər və icraya qoysunlar. Birinci növbədə bu qətli törədənlər və onun haqda əmr verənlərin təqibi və cəzalandırılması, ikinci isə şəhidin çalışdığı bütün sahələrdə elmi və texniki işlərin davam etdirilməsi.
Mən nüvə aliminin şəhidlik məqamına çatmasını əziz ailəsinə, ölkənin elmi ictimaiyyətinə, onun müxtəlif sahələrdəki əməkdaşları və şagirdlərinə təbrik deyirəm və onu itirdiyimizə görə başsağlığı deyir, Allahdan ona uca məqam istəyirəm. Seyid Əli Xamenei.”
|