Tovuzda yaşadığı evi tərk edən koronavirus xəstəsi saxlanılıb28 Noyabr 2020, 14:53 (GMT +4) Bakı, 28 noyabr, SalamNews. Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan rayonun İbrahimhacılı kənd sakini Sakit Gülməmmədovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, Qazax rayonuna getməsi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə S.Gülməmmədov yaşadığı evə göndərilib.
Onun barəsində RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
|