Ruhani nüvə aliminin terrora məruz qalmasına münasibət bildirib: İranda elmin inkişafının qarşısını ala bilməyəcəklər28 Noyabr 2020, 11:21 (GMT +4) Bakı 28 noyabr, SalamNews. B.Samid. “Fəxrizadənin terror edilməsi onu göstərir ki, İranla düşmənçiliyə görə and içmişlər acizdirlər. Ölkədə elmin qarşısını bu yolla almağa çalışırlar. Bu, onların regionda və siyasi səhnələrdə məğlubiyyətlə üzləşməsinə görədir və onların xəbisliyinin əlamətidir.”
SalamNews İRNA-a istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani Möhsün Fəxrizadənin terrora məruz qalması ilə bağlı bəyanatında deyib.
Həsən Ruhani bildirib ki, bu kimi əməllər İranda elmi və inkişafı istəməyən və onun qarşısını ala bilməyən aciz düşmənlərin əməlidir.
Yenidən, “dünya hegemonluğunun və sionist rejiminin” əllərinin ölkədə savadlı və şücaətli övladlarının qanına batdığını deyən Həsən Ruhani bildirib ki, bu kimi terrorlar onların əzmini daha da artıracaq.
Qeyd edək ki, İranın Müdafiə Nazirliyi və Sepah nüvə alimi Möhsün Fəxrizadənin terrora məruz qalmasına görə cavab adımına haqqı çatdığını və intqamın alınacağını bildirib.
|