Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bu il Azərbaycanda 678616 hektar sahədə payızlıq taxıl səpini həyata keçirilib

28 Noyabr 2020, 11:45 (GMT +4)

Bakı, 28 noyabr, SalamNews. Bu il Azərbaycanda 1037507 hektar sahədə payızlıq əkin aparılması proqnozlaşdırılır. Bu sahələrin 564793 hektarı suvarılan, 472714 hektarı dəmyə sahələrdir. 2020-ci ildə 61 rayonda və Naxçıvan Muxtar Respublikasında payızlıq əkin həyata keçiriləcək. 

SalamNews-un məlumatına görə, Noyabrın 27-dək proqnozlaşdırılan əkin sahələrinin 87 faizində faktiki şum aparılıb, 678616 hektar sahədə isə səpin işləri həyata keçirilib. Cari tarixədək fermerlər tərəfindən 421379 hektar sahədə buğda, 257237 hektar sahədə arpa səpilib.

Əvvəlki illərlə müqayisədə 2020-ci ilin payızlıq əkinlərində fermerlər sertifikatlı toxumdan istifadəyə daha çox üstünlük verirlər. Bu günədək aparılan səpin zamanı 137608 ton sertifikatlı toxumdan istifadə olunub. Bunun 97653 tonu buğda, 39955tonu arpa toxumudur.

Artıq 19 rayonda payızlıq əkinlərlə bağlı şumlama prosesi tam başa çatıb, 23 rayonda isə faktiki şum göstəricisi 90 faizin üzərindədir. Əvvəlki illərdə olduğu kimi bu il də ən çox taxıl əkininin Cəlilabad (70220 ha) və Şəki (67000 ha) rayonlarında aparılacağı proqnozlaşdırılır. Kürdəmir (45000 ha), Neftçala (43000 ha), Şamaxı (42000 ha), Füzuli (37000 ha), Ağsu (35380 ha), Biləsuvar (33000 ha), Hacıqabul (33000 ha), Qobustan (32000 ha), İsmayıllı (30000 ha), Ağcabədi (28324 ha) və Sabirabad (25300 ha) rayonları ən çox taxıl əkini aparılması proqnozlaşdırılan rayonlar sırasındadır. Ölkə üzrə payızlıq taxıl əkinlərinin təxminən 50 faizi bu 13 rayonun payına düşür.

Bu il Naxçıvan Muxtar Respublikasında ümumilikdə 36880 hektar sahədə payızlıq taxıl əkini nəzərdə tutulur.

Payızlıq əkinlərlə əlaqədar şum işləri və taxıl səpininin gələn ayın ortalarında yekunlaşması gözlənilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KTN: Çəltikçilikdə orta məhsuldarlıq göstəriciləri yüksəlib

KTN: Payızlıq əkinlərin bəyanı ilə əlaqədar səyyar aqrar xidmət təşkil olunub

KTN: Ərzaq təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur

KTN-nin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

KTN 200 əməkdaşına yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçməyə başlayıb

KTN Sabirabadda respublika müşavirəsi keçirib

KTN-nin nümayəndə heyəti Fransada səfərdə olub

KTN quduzluğa qarşı yeni vaksinasiya üzərində çalışır

KTN Aparatının Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi yenidən formalaşdırılıb

KTN-in nümayəndə heyəti Cənubi Afrikaya səfərə gedib

KTN süd məhsullarının dəyəri ilə bağlı beynəlxalq şirkətlə müqavilə bağlayıb 

KTN sahibkarları iri və xırdabuynuzlu heyvanların satışına dəvət edir

KTN Azərbaycandan ixrac olunmuş təzə kartofun Qazaxıstandan geri qaytarılması haqqında məlumat yayıb

“Aqrolizinq” ASC-nin Braziliyadan damazlıq heyvanlar alması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil - KTN

Bakıya satış məqsədi ilə gətirilmiş yararsız at əti aşkar edilib - KTN

Havalar soyuq keçdiyindən, dərinə düşmüş toxumların cücərməsi ləngiyib - KTN

KTN ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İrandan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub - KTN

KTN vakant vəzifələrin tutulması üçün müsahibə elan edib

KTN-də ictimai iştirakçılığın təmin olunması ilə bağlı “dəyirmi masa” keçirilib

27 Yanvar 2021, 17:07 (GMT +4)
Baş Prokurorluq dəm qazından zəhərlənmə ilə bağlı videoçarx hazırlayıb

27 Yanvar 2021, 16:57 (GMT +4)
“Nar” onlayn təhsil alanlar üçün yeni internet paketi təqdim edib

27 Yanvar 2021, 16:56 (GMT +4)
Putin Qarabağa humanitar yardım göstərməyə çağırıb

27 Yanvar 2021, 16:46 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yeni filialı açılıb

27 Yanvar 2021, 16:40 (GMT +4)
Bölgədəki bütün ölkələrin ərazi bütövlüyü əhəmiyyətlidir - Cavad Zərif

27 Yanvar 2021, 16:38 (GMT +4)
Təhsil Nazirliyi dərslərin həftədə 3 dəfə keçirilməsinin səbəbini açıqlayıb

27 Yanvar 2021, 16:37 (GMT +4)
Ukrayna HDQ Türkiyənin "Baykar" firmasından pilotsuz təyyarələr alacaq

27 Yanvar 2021, 16:29 (GMT +4)
Azərbaycanda son sutkada 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub

27 Yanvar 2021, 16:16 (GMT +4)
XİN: Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək

27 Yanvar 2021, 16:09 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxan 594 nəfər ölüb

27 Yanvar 2021, 16:04 (GMT +4)
Fevralın 1-də Bakıda məktəbə gedəcək şagirdlərin sayı açıqlanıb

27 Yanvar 2021, 15:51 (GMT +4)
Qubada restorandan oğurluq edən gənclər saxlanılıb

27 Yanvar 2021, 15:40 (GMT +4)
Hikmət Hacıyev: “Azərbaycan və Türkiyə əlaqələrini bütün regionun siyasətini dəyişdirə biləcək şəkildə inkişaf etdirib”

27 Yanvar 2021, 15:33 (GMT +4)
Suriyada kürd bölmələrinin nəzarətində olan bölgələrdə etiraz aksiyaları keçirilib (VİDEO)

27 Yanvar 2021, 15:28 (GMT +4)
AQTA sahibkarlara müraciət edib

27 Yanvar 2021, 15:26 (GMT +4)
Türk elm adamları koronavirusu bir dəqiqədə məhv edən sprey hazırlayıblar

27 Yanvar 2021, 15:20 (GMT +4)
Sumqayıtda 20-dən artıq su sayğacı oğurlayan şəxslər saxlanılıblar

27 Yanvar 2021, 15:10 (GMT +4)
“Keşikçidağ” qoruğuna gedən yeni avtomobil yolunun inşasına start verilib

27 Yanvar 2021, 14:57 (GMT +4)
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

27 Yanvar 2021, 14:47 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 255 mini keçib

27 Yanvar 2021, 14:40 (GMT +4)
Dövlət başçısı Şuşanın qorunması ilə bağlı göstərişlər verib

27 Yanvar 2021, 14:28 (GMT +4)
Bakıda şirniyyat sexində karantin qaydalarının pozulduğu aşkarlanıb (VİDEO)

27 Yanvar 2021, 14:19 (GMT +4)
Suriya Ordusu Palmira-Dirazzur yolunda 8 terrorçunu məhv edib (FOTO)

27 Yanvar 2021, 14:19 (GMT +4)
Ali Baş Komandan: Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu

27 Yanvar 2021, 14:12 (GMT +4)
Prezident Aydın Kərimovu videoformatda qəbul edib

27 Yanvar 2021, 14:11 (GMT +4)
Qarabağdakı Rusiya sülhməramlıları koronavirusa qarşı peyvəndlənib

27 Yanvar 2021, 14:02 (GMT +4)
Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

27 Yanvar 2021, 13:52 (GMT +4)
Azərbaycan və Qazaxıstan birgə işçi qrupu yaradır

27 Yanvar 2021, 13:40 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

27 Yanvar 2021, 13:30 (GMT +4)
“Qaçqınkom”da bir neçə şöbə ləğv olunub, yeniləri yaradılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66