Tramp: Bayden qələbəsinin həqiqiliyini sübut etməlidir28 Noyabr 2020, 11:18 (GMT +4) Bakı, 28 noyabr, SalamNews. ABŞ-da prezidentliyinə namizəd Cozef Bayden ABŞ prezidenti vəzifəsini yalnız seçkilərdə aldığı səslərin həqiqiliyini sübut edə biləcəyi təqdirdə ala biləcək.
SalamNews -un “İnterfaks”a istinadla verdiyi xəbərə görə, bunu prezident Donald Tramp deyib.
"Bayden, absurd 80 milyon səsin saxtakarlıq və ya qanunsuz yolla alınmadığını sübut etdiyi təqdirdə Ağ Evə prezident olaraq daxil ola bilər", deyə Tramp "Tvitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, "Detroit, Atlanta, Filadelfia və Miluokidə kütləvi seçici saxtakarlıqları baş verib".
"Baydenin həll olunmayan böyük problemləri var", Tramp bildirib.
|