İran BMT Təhlükəsizlik Şurasına müraciət edib28 Noyabr 2020, 10:36 (GMT +4) Bakı 28 noyabr, SalamNews. B.Samid. İran nüvə aliminin terrora məruz qalmasından sonra BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının sədrinə müraciət edib.
SalamNews İRNA-a istinadla xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxt-Ravançi Antonio Quterreşə və Təhlükəsizlik Şurasının sədrinə rəsmi məktub ünvanlayıb.
İran tərəfi bu məktubda ötən gün nüvə aliminin terror edilməsinə görə ABŞ və İsrailin məsuliyyət daşıdığını, terrorun məhkum edilməsini və lazımi addımların atılmasını tələb edib.
Bu məktubda bildirilib ki, terrora məruz qalan Möhsün Fəxrizadə ABŞ sanksiyalarından dolayı vəziyyətin daha da pisləşdiyi koronavirus pandemiyası dövründə ölkə səhiyyəsi üçün Covid-19 testlərinin hazırlanmasında əvəzsiz rola malik olub.
İran nümayəndəsi bildirib ki, “İsrailin və Amerikanın məsuliyyət daşıdığı bu qorxaq addımlar 40 ildir ki, ölkənin elmi inkişaf sahəsində uğurlarının qarşısını ala bilməyib.”
Bundan öncə İran Ordusu alimin terror edilməsinə görə ölkənin qanuni və hüquqi baxımından cavab verməyə haqqı çatdığını bəyan edib.
|