Türkiyə Parlamenti Fransa Senatının Qarabağla bağlı qətnaməsini pisləyib28 Noyabr 2020, 10:49 (GMT +4) Bakı, 28 noyabr, SalamNews. Türkiyə parlamenti Fransa Senatının Dağlıq Qarabağla bağlı qətnaməsini kəskin şəkildə pisləyib.
SalamNews -un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, Türkiyənin dörd aparıcı parlament partiyası - Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və İYİ Parti Fransa senatorlarını tənqid edib.
Parlamentin sədri Mustafa Şentop tərəfindən imzalanan bəyanatda tarixi torpaqların işğalından azad olmaq məsələsində qardaş Azərbaycanın mövqeyinin qətiyyətlə dəstəkləndiyi vurğulanır.
“Türkiyə parlamenti və Türkiyə xalqı, şübhəsiz ki, ölkəmizə və qardaş Azərbaycana qarşı düşmən addımlarını nəzərə alacaq. Fransa Senatının qondarma "DQR"nin tanınmasına dair qərar beynəlxalq hüquq baxımından heç bir əhəmiyyət daşımır. Dağlıq Qarabağ Azərbaycan ərazisi idi və elə də qalır", sənəddə deyilir.
|