ABŞ-da koronavirusa yoluxma hallarının sayı 13 milyonu keçib28 Noyabr 2020, 10:23 (GMT +4) Bakı, 28 noyabr, SalamNews. ABŞ-da koronavirusa yoluxanların sayı 13.047.202-yə çatıb.
SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablama aparan Con Hopkins Universiteti məlumat verib.
Məlumata görə, ölkədə ümumilikdə 264 624 nəfər xəstəliyin yaratdığı fəsadlardan ölüb, 4 871 203 yoluxmuş şəxs sağalıb.
Ən çox yoluxma 1.206.248 Texasda aşkar edilib. Daha sonra Kaliforniya (1.179.857), Florida (979.020) və İllinoys (705.063) ştatları gəlir.
|