Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Malik Həsənov: Azərbaycan döyüş meydanında, informasiya məkanında və siyasi müstəvidə qələbə qazandı

27 Noyabr 2020, 19:37 (GMT +4)

Bakı, 27 noyabr, SalamNews. “İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatmaqla çoxəsrlik tariximizin heç zaman unudulmayacaq səhifəsini yazdı.  Azərbaycanın siyasi qələbəsinin  və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr birgə Bəyanatında  Ermənistan silahlı qüvvələrinin  Kəlbəcər, Ağdam  və Laçın rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etmələri öz əksini tapıb. Artıq xalqımız Ağdam və Kəlbəcərin işğaldan azad edilməsinin sevincini yaşayır. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bir daha bildirdi ki, müharibə    kimin  kim olduğunu göstərdi.  Ermənistan məğlub edilmiş,  Azərbaycan zəfər çalmış ölkədir.”

SalamNews xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, Kəlbəcər rayonu noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfinin müraciəti əsasında Rusiyanın xahişi ilə sonradan Ermənistana Kəlbəcəri təhvil vermək üçün 10 gün əlavə möhlət verildi: “Azərbaycanın bu humanist addımının qarşılığında ermənilər yenə də öz xislətlərini gizlədə bilməyərək evləri dağıtdılar, yerlə-yeksan etdilər, ağacları yandıraraq bir daha barbarlıqlarını  nümayiş etdirdilər. Hər addımda beynəlxalq hüquqa məhəl qoymayan ermənilərə yenə də “gözün üstə qaşın var” deyilmir, susmaq çıxış yolu hesab edilir. Məhz mənfur düşmən  bu susmalara arxalanaraq  hesab edirdi ki,  28 ildən artıq münaqişənin həlli prosesinin uzanmasına nail olubsa, demək, bundan sonra da  nail olacaq. Hesab edirdilər ki, havadarları daim onları müdafiə edəcək, arxasında duracaq, onların əvəzinə müharibə aparacaqlar. Amma ermənilər unudurdular ki, saxta tarix yazmaqla ədaləti üstələmək qeyri-mümkündür.”

Millət vəkili bildirib ki, münaqişənin hərb yolu ilə həllinin mümkünsüzlüyünü düşünən, işğalçı Ermənistana dəstək funksiyasını yerinə yetirən beynəlxalq təşkilatlar,  aparıcı dövlətlər sonda  ədalətin, tarixi faktlara əsaslanan təbliğatın  qalib gəldiyini gördülər: “Azərbaycan dövləti bu müddət ərzində “Dağlıq Qarabağ gündəlik işimizə çevrilməlidir” bəyan etməklə həm daxildə  milli qürur, vətənpərvərlik hisslərinin daha da güclənməsinə, həm də beynəlxalq müstəvidə  münaqişənin əsl mahiyyətinin çatdırılmasına, informasiya müharibəsində qalibiyyətə  nail oldu.”

“Cənab İlham Əliyev xalqa müraciətində, eyni zamanda,  torpaqlarımızın işğalına həmin dövrdə hakimiyyətdə olan AXC-Musavat cütlüyünün səriştəsiz və xəyanətkar siyasətinin  şərait yaratdığını önə çəkərək Paşinyanın simasında o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin  simasını görməyin  mümkünlüyünü vurğuladı” söyləyən M.Həsənov qeyd edib ki,  1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın  təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə davamlı uğurlara imza atan Azərbaycan son 17 ildə bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək səviyyədə  davam etdirilməsi sayəsində diplomatik qələbələrinin  miqyasını daha da genişləndirərək  İkinci Qarabağ müharibəsində şanlı zəfərimizi şərtləndirdi. Döyüş meydanında qələbəmizdə münaqişənin həlli üçün yaradılan möhkəm hüquqi baza əsas rol oynadı.

Millət vəkili, həmçinin   dövlətimizin başçısı İlham Əliyevin Rusiyanın  xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən söylədiyi “Rusiya Federasiyasının Prezidentinin mövqeyinə tamamilə şərikəm. O, bəyan edib ki, bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsini daha eşitməyəcəyinə ümid edir. Mən də bunu daha eşitməyəcəyimə ümid edirəm. Ümid edirəm ki, Dağlıq Qarabağ barədə danışanda yalnız inkişafla, müharibənin nəticələrinin aradan qaldırılması və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik” fikirlərin qarşıdakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaratdığını da bildirib: “Artıq möhtərəm Prezidentimizin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş  şəhərlərimizin  baş planı hazırlanır. Öz tarixi sahibinə qayıdan bütün torpaqlarımızda həyat bərpa olunacaq, malik olduqları  potensialdan istifadə etməklə iqtisadi gücümüzü daha da artıracaq, Azərbaycan ən islahatçı, yenilikçi ölkə, xalqımız dünyanın ən xöşbəxt xalqı kimi mövqeyini möhkəmləndirəcək, Azərbaycanın qarşısında yeni-yeni  üfüqlər açılacaq.”


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Yanvar 2021, 18:00 (GMT +4)
Ombudsman Aparatında 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans təşkil edilib

20 Yanvar 2021, 17:45 (GMT +4)
Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvarla bağlı paylaşım edib

20 Yanvar 2021, 17:30 (GMT +4)
Hacıqabulda qanunsuz ov edən şəxslər saxlanılıb

20 Yanvar 2021, 17:27 (GMT +4)
Pompeo Çini Sincanda soyqırım törətməkdə ittiham edir

20 Yanvar 2021, 17:15 (GMT +4)
Ağcabədidə yük avtomobili ilə traktor toqquşub

20 Yanvar 2021, 17:00 (GMT +4)
İsrail səfiri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib

20 Yanvar 2021, 16:45 (GMT +4)
Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

20 Yanvar 2021, 16:43 (GMT +4)
Co Bayden Administrasiyası ABŞ-ın Yəmən husilərilə bağlı sanksiya qərarını ləğv edəcəyini bildirib

20 Yanvar 2021, 16:40 (GMT +4)
Türkiyədə 1 milyondan çox insana koronavirus əleyhinə peyvənd vurulub

20 Yanvar 2021, 16:30 (GMT +4)
Bakı metrosunda qatarlar 20 Yanvar şəhidlərinin xatirəsinə matəm fiti verib

20 Yanvar 2021, 16:15 (GMT +4)
Daşkəsəndə 20 Yanvar faciəsinin ildönümü münasibətilə rayon şəhidlər xiyabanı ziyarət edilib (FOTO)

20 Yanvar 2021, 16:06 (GMT +4)
Bayden prezidentliyin ilk günündə ABŞ-ın ÜST-dən çıxışı prosesini dayandıracaq

20 Yanvar 2021, 16:00 (GMT +4)
MN: Vətən müharibəsindən qayıdan 2777 şəxsin müraciətinə baxılıb

20 Yanvar 2021, 15:45 (GMT +4)
İnterneti olmayan şagirdlər məktəblərdə imtahan verəcək

20 Yanvar 2021, 15:39 (GMT +4)
Pentaqon rəhbərliyinə namizəd Rusiya ilə daha sıx əməkdaşlığa hazır olduğunu bildirib

20 Yanvar 2021, 15:30 (GMT +4)
Azərbaycandakı dini konfenssiyaların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar 2021, 15:15 (GMT +4)
İsmayıllıda 20 Yanvar şəhidləri anılıb (FOTO)

20 Yanvar 2021, 15:05 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 21.152 nəfər artıb

20 Yanvar 2021, 15:00 (GMT +4)
Şuşada Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (VİDEO)

20 Yanvar 2021, 14:58 (GMT +4)
Cavad Zərif gələn həftə Bakıya gəlir

20 Yanvar 2021, 14:45 (GMT +4)
20 Yanvar faciəsinin ildönümü Azərbaycan Ordusunda qeyd edilib (VİDEO)

20 Yanvar 2021, 14:30 (GMT +4)
İranın Bakıdakı Səfirliyi 20 yanvar faciəsilə bağlı başsağlığı verib

20 Yanvar 2021, 14:25 (GMT +4)
ABŞ-ın yeni rəhbərliyi uyğurların soyqırıma məruz qaldığına dair ittihamlarla razılaşır

20 Yanvar 2021, 14:15 (GMT +4)
Əfqanıstan səfirliyi 20 Yanvar faciəsi ilə əlaqədar başsağlığı verib

20 Yanvar 2021, 14:00 (GMT +4)
Neftçala rayonunda 20 Yanvar şəhidləri yad edilib

20 Yanvar 2021, 13:52 (GMT +4)
Çavuşoğlu: Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qardaşlarımızın xatirəsini dərin ehtiramla yad edirik

20 Yanvar 2021, 13:45 (GMT +4)
Sumqayıtda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

20 Yanvar 2021, 13:36 (GMT +4)
İran Co Bayden Administrasiyası ilə təmasların qurulmasını təkzib edib

20 Yanvar 2021, 13:21 (GMT +4)
Tramp 73 nəfəri əfv edib

20 Yanvar 2021, 13:15 (GMT +4)
İsmayıllıda qarın hündürlüyü 30 santimetrə çatıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66