Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır27 Noyabr 2020, 16:38 (GMT +4) Bakı, 27 noyabr, SalamNews. Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb.
Bu barədə SalamNew-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Məlumatda deyilir ki, artıq körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri görülür. Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır.
|