Səudiyyə Ərəbistanı koalisiyası Yəmən paytaxtına 10-dan çox hava zərbəsi endirib27 Noyabr 2020, 13:07 (GMT +4) Bakı 27 noyabr, SalamNews. B.Samid. Səudiyyə Ərəbistanı hərbi koalisiyası Yəmənin paytaxtı Səna şəhəri və ətraf rayonlarına 10-dan çox hava zərbəsi endirib.
SalamNews əl-Məsira telekanalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi hərbi koalisiya bu gün paytaxt və ətrafında yerləşən Sinhan, Harf-Sufyan, Ərhib, Bəni-Mətar və sair rayonlara şiddətli hava zərbələri endirib.
Bu hava zərbələrində ölən və yaralananların olduğu bildirilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı hərbi koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb. Endirilən hava zərbələri nəticəsində 42 min civarında mülki şəxs ölüb və yaralanıb.
|