Livana dəstək məqsədilə donorların toplantısı keçiriləcək27 Noyabr 2020, 09:50 (GMT +4) Bakı 27 noyabr, SalamNews. B.Samid. Fransanın təşkilatçılığı ilə Livana dəstək məqsədilə beynəlxalq konfrans keçiriləcək.
SalamNews Reuters-ə istinadla xəbər verir ki, bunu Fransa prezidenti Emanuel Makron Livan prezidenti Mişel Ouna ünvanladığı məktubda deyib.
Bildirilib ki, Beyrut partlayışından ziyan görmüş Livana dəstək üçün donorların toplantısı keçiriləcək.
Əlavə edilib ki, bu toplantı gələn ayın ikisində Fransanın təşkilatçılığı ilə baş tutacaq.
Emanuel Makron eyni zamanda bu məktubda Livanda siyasi, iqtisadi və maliyyə sahəsində “islahatların” həyata keçirilməsini istəyib. Emanuel Makron bundan öncə Beyruta səfərində Livan üçün ayrılmış yardımların isahatlar olmadan verilməyəcəyini bildirmişdi.
|