ABŞ-ın növbəti hökumətindən İraqla bağlı fərqli rəftar görmək istəyirik - Rəsmi Bağdad27 Noyabr 2020, 09:23 (GMT +4) Bakı 27 noyabr, SalamNews. B.Samid. “İraq ABŞ-da seçkilərdə qalib gələn demokratlardan ölkə ilə bağlı fərqli rəftar görmək istəyir. Biz ölkəmizi İranla ABŞ-ın qarşıdurmasının meydanına çevrilməsini istəmirik. Bu İraqa mənfi təsir göstərir.”
SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn telekenala verdiyi müsahibəsində deyib.
İraqın xarici işlər naziri bildirib ki, ölkəsi gələcək ABŞ hökumətindən fərqli addımlar görmək istəyir.
O, ABŞ-İran qarşıdurmasında müsbətə doğru köklü dəyişikliyin olacağını gözlədiyini bildirib.
Qeyd edək ki, ABŞ hökuməti nüvə sazişindən çıxandan sonra İranla müxtəlif sahələrdə olan əlaqələr barədə, o cümlədən elektrik enerjisinin alınmasının dayandırılması barədə İraqa ciddi təzyiqlər göstərməyə başlayıb. Cari ilin yanvarında Qasim Süleymani və Əbu-Mehdi əl-Mühəndisin terror edilməsindən sonra İraq Parlamenti ABŞ qüvvələrinin ölkədən çıxması barədə səs versə də rəsmi Bağdad bunu icra edə bilməyib.
|