Sandu Moldova hökumətinin istefasından yanadır27 Noyabr 2020, 09:51 (GMT +4) Bakı, 27 noyabr, SalamNews. Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu, koronavirus pandemiyası və onu müşayiət edən iqtisadi böhranın öhdəsindən gələ bilməyən İon Kiku hökumətinin istefasından yanadır.
SalamNews TASS-a istinadən xəbər verir ki, Sandu bunu "Moldova-1" telekanalına müsahibəsində deyib.
"Böhrandan çıxmağın yolu səhiyyənin maliyyələşdirilməsindən asılıdır və bunun üçün xarici yardımın cəlb edilməsi üzərində çalışmağa başlamışam. Ancaq hökumət, ölkə daxilində üzərinə düşən vəzifələri yerinə yetirməlidir və öhdəsindən gələ bilmirsə istefa etməlidir", o deyib.
Onun sözlərinə görə, xəstəxanalarda əlavə yataqlar hazırlamayan, pandemiya ilə mübarizə üçün lazım olan tibbi avadanlıq almayan "kabinet"in fəaliyyətini ölkə vətəndaşları mənfi qiymətləndirir.
|