Dohada BMT-nin terrorla mübarizə ofisi açılacaq26 Noyabr 2020, 15:10 (GMT +4) Bakı, 26 noyabr, SalamNews. Qətər və BMT, antiterror proqramı çərçivəsində Dohada ofis açmaq barədə razılaşma imzalayıb.
SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, ofisin 3 ay ərzində açılması planlaşdırılır.
Ofisin açılması terrorizmin təzahürlərinə qarşı mübarizəyə töhfə vermək və regional təhlükəsizliyi təmin etmək məqsədi güdür.
Müqaviləni Şura rəhbəri Əhməd bin Abdullah bin Zeyd Al Mahmud və BMT-nin Terrorla Mübarizə İdarəsinin rəhbəri Vladimir İvanoviç Voronkov imzalayıblar.
|