Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Milli Məclisin Fransaya etiraz bəyanatının tam mətni açıqlanıb

26 Noyabr 2020, 15:18 (GMT +4)

Bakı, 26 noyabr, SalamNews. Milli Məclisin bugünkü plenar iclasında qıbul olunmuş bəyanatın tam mətni yayılıb.

SalamNews bəyanatı təqdim edir.

Fransada fəaliyyət göstərən ayrı-ayrı türkofob və islamofob siyasi dairələrin və erməni etnik qruplarının təhriki ilə Fransa Respublikası Senatının 2020-ci il noyabrın 25-də qəbul etdiyi qətnamə ilə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakıları bəyan edir:

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 1988–1994-cü illərdə işğal edilmiş ərazilərində qeyri-qanuni yaradılan və heç bir dövlət tərəfindən tanınmayan “dağlıq Qarabağ respublikası” adlı oyuncaq qurumun mövcudluğuna 2020-ci ilin noyabr ayında son qoyulmuşdur;

Fransa Senatı tərəfindən bu oyuncaq qurumun tanınması zərurətinin irəli sürülməsi Fransa Hökumətini beynəlxalq hüququn əsas norma və prinsiplərini pozmağa təhrik etmək cəhdidir;

Fransa Senatının bu addımı Avropa İttifaqının xarici və təhlükəsizlik siyasəti üzrə qlobal strategiyası, o cümlədən Avropa İttifaqı Şurasının dövlətlərin ərazi bütövlüyü barədə 2016-cı ildən bəri ardıcıl qəbul etdiyi sənədlər çərçivəsində Fransa Respublikasının üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır;

Sözügedən qətnamənin müddəalarının həyata keçirilməsi Avropa İttifaqına və onun Şərq Tərəfdaşlığı proqramına sarsıdıcı zərbə vurmaq potensialı daşıyır;

Cənubi Qafqazın və bütövlükdə Avropanın təhlükəsizliyi üçün təhdid törətmiş Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 ilə yaxın bir müddətdə həll edilməməsinin əsas səbəblərindən biri sülh danışıqlarında beynəlxalq vasitəçi rolunu oynamış dövlətlərin, xüsusən Fransanın təcavüzkarı öz adı ilə çağırmaması, işğalçı ilə işğala məruz qalan arasında fərq qoymaması olmuşdur;

Cənubi Qafqaz regionunda qeyri-sabitliyin davam etməsində maraqlı olan xarici qüvvələrin dəstəyindən cəsarətlənən, sülh danışıqlarını birdəfəlik pozmaq və Azərbaycan torpaqlarının işğalını legitimləşdirmək istəyən Ermənistan 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribata əl atmış, lakin BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edən Azərbaycanın həyata keçirdiyi 44 günlük əks-hücum əməliyyatı təcavüzkar Ermənistanı sülhə məcbur etmişdir;

Fransa Senatının qətnaməsində Azərbaycan tərəfindən əks-hücum əməliyyatında Türkiyə silahlı qüvvələrinin iştirak etdiyinə və Yaxın Şərqin bəzi münaqişəli bölgələrindən muzdluların Ermənistana qarşı istifadə olunduğuna, Dağlıq Qarabağda mülki əhaliyə qarşı müharibə cinayətləri törədildiyinə dair əsassız və saxta iddialar irəli sürülmüş, lakin bu iddialarla bağlı heç bir dəlil göstərilməmişdir;

Bununla belə, Ermənistan tərəfindən xarici ölkələrdən, o cümlədən Fransadan şovinist, irqçi və terrorçu muzdlu dəstələrin müharibə zonasına gətirilərək Azərbaycana qarşı istifadə edildiyinə, Azərbaycanın hərbi əməliyyatlar zonasından uzaqda yerləşən yaşayış məntəqələrində dinc əhaliyə və mülki obyektlərə qarşı ağır müharibə cinayətləri törədildiyinə dair təkzibedilməz faktlar mövcuddur;

Ermənistan silahlı qüvvələri 1992–1994-cü illərdə Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində də dinc azərbaycanlılara qarşı bir sıra qətliamlar, o cümlədən XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımını törətmişlər;

Özünü insan hüquqlarına və demokratik dəyərlərə hörmətin “nümunəsi” sayan Fransa Respublikası dinc azərbaycanlılara qarşı bu cinayətlər qarşısında səssiz qalmağa üstünlük vermişdir;

Müstəmləkə hakimiyyəti dövründə Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərcə dinc sakini kütləvi surətdə qətlə yetirmişlər. Törədilmiş soyqırım cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan qara bir ləkədir;

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoymuş, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yol açmışdır;

Bu üçtərəfli bəyanat beynəlxalq hüquq normalarının və prinsiplərinin üstünlüyünü bərqərar etmiş, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Fransa Respublikasının özünün də dəstəklədiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamənin, eləcə də Avropa İttifaqının və Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər mötəbər beynəlxalq qurumların ayrı-ayrı illərdə qəbul etdikləri sənədlərin icrasını təmin etmişdir.

Azərbaycan Respublikasının Milli Məclisi Cənubi Qafqaz bölgəsində Azərbaycanın hərtərəfli səyləri nəticəsində yaradılmış yeni reallıqların bütün beynəlxalq təşkilatlar və dövlətlər, o cümlədən Fransa Respublikası tərəfindən qəbul edilməli olduğunu vurğulayır, bu reallıqların bölgədə nüfuz sahibi olan Rusiya və Türkiyə tərəfindən dəstəkləndiyini və Ermənistan tərəfindən qəbul edildiyini xatırladır və yuxarıda şərh edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakılarla bağlı çağırış edir:

Son günlərdə tutduğu mövqe və verdiyi bəyanatlar ilə bitərəfliyini şübhə altına qoyan Fransa Respublikasının ATƏT-in Minsk qrupunun həmsədrliyindən geri çağırılması üçün ATƏT-in rəhbərliyinə müraciət edilsin;

Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan siyasi münasibətlərə yenidən baxılsın;

Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mövcud olan iqtisadi əlaqələr dərindən təhlil edilərək, lazımi tədbirlər görülsün.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Yanvar 2021, 18:00 (GMT +4)
Dövlət Komitəsi insan alveri ilə mübarizə üçün əhaliyə müraciət edib

27 Yanvar 2021, 17:49 (GMT +4)
Təhsil Nazirliyi: Əgər yoluxma sayı kritik həddə çatsa, 5-9-cu siniflərdə tədrisin bərpası ləngiyəcək

27 Yanvar 2021, 17:39 (GMT +4)
Çində son sutkada 75 yeni koronavirusa yoluxma aşkar edilib 

27 Yanvar 2021, 17:27 (GMT +4)
Müqtəda Sədr İranla Səudiyyə Ərəbistanı arasında vasitəçiliyiə hazır olduğunu bildirib

27 Yanvar 2021, 17:26 (GMT +4)
Tərtərdə avtomobil elektrik dirəyinə çırpılıb, ölən var

27 Yanvar 2021, 17:17 (GMT +4)
Yoluxma aşkarlanan siniflər distant təhsilə keçəcək

27 Yanvar 2021, 17:16 (GMT +4)
ABŞ “Moderna” və “Pfizer” şirkətlərindən daha 200 milyon peyvənd alacaq

27 Yanvar 2021, 17:07 (GMT +4)
Baş Prokurorluq dəm qazından zəhərlənmə ilə bağlı videoçarx hazırlayıb

27 Yanvar 2021, 16:57 (GMT +4)
“Nar” onlayn təhsil alanlar üçün yeni internet paketi təqdim edib

27 Yanvar 2021, 16:56 (GMT +4)
Putin Qarabağa humanitar yardım göstərməyə çağırıb

27 Yanvar 2021, 16:46 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yeni filialı açılıb

27 Yanvar 2021, 16:40 (GMT +4)
Bölgədəki bütün ölkələrin ərazi bütövlüyü əhəmiyyətlidir - Cavad Zərif

27 Yanvar 2021, 16:38 (GMT +4)
Təhsil Nazirliyi dərslərin həftədə 3 dəfə keçirilməsinin səbəbini açıqlayıb

27 Yanvar 2021, 16:37 (GMT +4)
Ukrayna HDQ Türkiyənin "Baykar" firmasından pilotsuz təyyarələr alacaq

27 Yanvar 2021, 16:29 (GMT +4)
Azərbaycanda son sutkada 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub

27 Yanvar 2021, 16:16 (GMT +4)
XİN: Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək

27 Yanvar 2021, 16:09 (GMT +4)
Rusiyada son sutkada koronavirusa yoluxan 594 nəfər ölüb

27 Yanvar 2021, 16:04 (GMT +4)
Fevralın 1-də Bakıda məktəbə gedəcək şagirdlərin sayı açıqlanıb

27 Yanvar 2021, 15:51 (GMT +4)
Qubada restorandan oğurluq edən gənclər saxlanılıb

27 Yanvar 2021, 15:40 (GMT +4)
Hikmət Hacıyev: “Azərbaycan və Türkiyə əlaqələrini bütün regionun siyasətini dəyişdirə biləcək şəkildə inkişaf etdirib”

27 Yanvar 2021, 15:33 (GMT +4)
Suriyada kürd bölmələrinin nəzarətində olan bölgələrdə etiraz aksiyaları keçirilib (VİDEO)

27 Yanvar 2021, 15:28 (GMT +4)
AQTA sahibkarlara müraciət edib

27 Yanvar 2021, 15:26 (GMT +4)
Türk elm adamları koronavirusu bir dəqiqədə məhv edən sprey hazırlayıblar

27 Yanvar 2021, 15:20 (GMT +4)
Sumqayıtda 20-dən artıq su sayğacı oğurlayan şəxslər saxlanılıblar

27 Yanvar 2021, 15:10 (GMT +4)
“Keşikçidağ” qoruğuna gedən yeni avtomobil yolunun inşasına start verilib

27 Yanvar 2021, 14:57 (GMT +4)
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

27 Yanvar 2021, 14:47 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 255 mini keçib

27 Yanvar 2021, 14:40 (GMT +4)
Dövlət başçısı Şuşanın qorunması ilə bağlı göstərişlər verib

27 Yanvar 2021, 14:28 (GMT +4)
Bakıda şirniyyat sexində karantin qaydalarının pozulduğu aşkarlanıb (VİDEO)

27 Yanvar 2021, 14:19 (GMT +4)
Suriya Ordusu Palmira-Dirazzur yolunda 8 terrorçunu məhv edib (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66