Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azərenerji” daha bir mühüm layihənin həyata keçirilməsinə başlayıb

26 Noyabr 2020, 14:23 (GMT +4)

Bakı, 26 noyabr, SalamNews. “Azərenerji” reaktiv gücün kompensasiyası istiqamətində əhəmiyyətli layihə gerçəkləşdirərək Qarabağ və ətraf rayonları əhatə edən 330 kilovoltluq “Goranboy” Paylayıcı Məntəqəsində və Respublikanın Şimal-Şərq rayonları, eləcə də Abşeron yarımadasını əhatə edən 330 kilovoltluq “Yaşma” yarımstansiyasında idarəolunan şuntlayıcı reaktorlar quraşdırır.

Bu barədə SalamNews-a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycanın enerji sisteminin 2 əsas düyün nöqtəsində qoyulan şuntlayıcı reaktorlar yüksəkgərginlikli 330 kilovoltluq elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləməklə yanaşı rejim imkanlarını yaxşılaşdıracaq və bununla da reaktiv yükün kompensasiyasını təmin edəcək. İdarə olunan şuntlayıcı reaktorlar xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər texniki itkiləri azaldacaq və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitlərinə qənaət etmiş olacaq.

Bununla yanaşı idarəolunan şuntlayıcı reaktorun quraşdırıldığı strateji əhəmiyyətli 330, 220, 110, 10 kilovoltluq “Yaşma” yarımstansiyası əsaslı şəkildə yenidən qurulur. Respublikanın Şimal-Şərq rayonlarının, eləcə də Abşeron yarımadasının enerji təchizatında mühüm əhəmiyyət kəsb edən, Rusiya və Azərbaycan enerjisistemləri arasında yük mübadiləsini həyata keçirən mühüm düyün nöqtəsi olan “Yaşma” yarımstansiyası 50 il əvvəl tikildiyindən istismar müddətini başa vurub və buna görə də tez-tez qısaqapanmalara, enerjisistemdə qəza vəziyyətinin yaranmasına səbəb olurdu. Bunun üçün müasir tələblərə cavab verən yeni avadanlıqlar quraşdırılmaqla, avtotransformatorlar daha güclüləri ilə əvəz edilir, açıq paylayıcı qurğular genişləndirilir. Yarımstansiyada müasir avadanlıqlarla təchiz ediləcək yeni inzibati idarəetmə binası tikilir. Onu da qeyd edək ki, "Yaşma" yarımstansiyasına yeni tikilən “Qobu” yarımstansiyasından 330 kV-luq hava xəttinin çəkilməsinə başlanılıb.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 İyul 2021, 16:14 (GMT +4)
Şəhid ailələri və qazilərə vahid məkandan xidmət göstərəcək qurumlar üzrə Əlaqələndirmə Komissiyasının ilk iclası keçirilib

29 İyul 2021, 16:03 (GMT +4)
Gəncədə mağazadan oğurluq edən şəxs saxlanılıb

29 İyul 2021, 15:52 (GMT +4)
Əfqanıstanın Nuristan əyalətində sel daşqınları azı 60 nəfərin ölümünə səbəb olub

29 İyul 2021, 15:44 (GMT +4)
Bu il övladlığa uşaq götürmək üçün daxil olan müraciətlərin sayı açıqlanıb

29 İyul 2021, 15:40 (GMT +4)
Çempionlar Liqasında ötən mövsümün ən yaxşı qolu müəyyənləşib - (VİDEO)

29 İyul 2021, 15:34 (GMT +4)
Kreml Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsinə münasibət bildirib

29 İyul 2021, 15:30 (GMT +4)
Xocalı rayonu ərazisində yeni hərbi hissənin açılışı olub - VİDEO

29 İyul 2021, 15:20 (GMT +4)
Prezident Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təmirinə 600 min manat ayırıb

29 İyul 2021, 15:16 (GMT +4)
"Fənərbaxça" Niderland klubu ilə heç-heçə edib - (VİDEO)

29 İyul 2021, 15:10 (GMT +4)
Ağcabədidə tapılan yeni doğulmuş körpə ilə bağlı prokurorluq tərəfindən zəruri tədbirlər görülüb

29 İyul 2021, 15:00 (GMT +4)
Jurnalist Rafiq Hacıyev vəfat edib

29 İyul 2021, 14:57 (GMT +4)
Peskov: Azərbaycanla əlaqələrimizə dəyər veririk

29 İyul 2021, 14:53 (GMT +4)
UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib

29 İyul 2021, 14:50 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 90 mini ötüb

29 İyul 2021, 14:40 (GMT +4)
Azərbaycan Ordusu ilə Oklahoma Ştatı Milli Qvardiyası arasında əməkdaşlıq müzakirə edilib

29 İyul 2021, 14:30 (GMT +4)
Azərbaycanlı gənc BP-nin “Xalis sıfır” təqaüdçüsü seçilib

29 İyul 2021, 14:27 (GMT +4)
Gürcüstanda 2 796 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

29 İyul 2021, 14:23 (GMT +4)
Konfrans Liqası: "Qarabağ", "Sumqayıt" və "Keşlə" cavab oyununa çıxır

29 İyul 2021, 14:20 (GMT +4)
Goranboyda narkotik yetişdirən şəxs saxlanılıb 

29 İyul 2021, 14:10 (GMT +4)
Erməni silahlı dəstəsinin üzvlərinin hər biri 6 il azadlıqdan məhrum edilib

29 İyul 2021, 13:58 (GMT +4)
Bərdədə karantin qaydalarının pozulduğu mərasimlər aşkarlanıb

29 İyul 2021, 13:48 (GMT +4)
Rusiya Talibanın hücumları fonunda Əfqanıstanla sərhədə Su-25 qırıcıları göndərib

29 İyul 2021, 13:41 (GMT +4)
Azərbaycanda fermerlərə 3290 texnika təhvil verilib

29 İyul 2021, 13:31 (GMT +4)
Bayden Obamanı Trampla səhv salıb

29 İyul 2021, 13:24 (GMT +4)
Xocalıda silah-sursat aşkarlanıb

29 İyul 2021, 13:11 (GMT +4)
Şeyxə hücum edən fitnəkarlar

29 İyul 2021, 13:09 (GMT +4)
Tokio-2020: Boksçumuz Məhəmməd Abdullayev mübarizəni dayandırıb

29 İyul 2021, 13:00 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

29 İyul 2021, 12:51 (GMT +4)
Suriya ilə İordaniya arasında daha bir sərhəd gömrük keçidi açılır

29 İyul 2021, 12:50 (GMT +4)
Yol qəzalarında daha 3 nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66